Əsas səhifə » İran-İsrail münaqişəsindən ilk zərər çəkən Yaxın Şərq ölkələri olacaq - Çin

İran-İsrail münaqişəsindən ilk zərər çəkən Yaxın Şərq ölkələri olacaq - Çin

BAKI, AzerVoice

Çin İsrailin İrana hücumları və bu ölkənin cavab tədbirləri nəticəsində yaranan gərginləşən münaqişədən ilk olaraq Yaxın Şərq ölkələrinin zərər çəkəcəyini bildirərək dialoq və danışıqlara çağırıb.

AzerVoice xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Çinin İsrailin hücumları səbəbindən Yaxın Şərqdə hərbi münaqişənin qəfil artmasından narahat olduğunu vurğulayıb.

"Bölgənin daha böyük qarışıqlığa sürüklənməsinin qarşısını almaq üçün bütün tərəfləri gərginliyi ən qısa zamanda azaltmaq üçün tədbirlər görməyə və problemlərin dialoq və danışıqlar yolu ilə həll yoluna qayıtması üçün lazımi şərait yaratmağa çağırırıq" - deyə Quo qeyd edib.

Quo xatırladıb ki, Çinin xarici işlər naziri Vanq Yi dünən iranlı və israilli həmkarları ilə telefonla danışıb və tərəfləri fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb. Aidiyyəti tərəflərin gərginliyin daha da artmasının qarşısını almaq və vəziyyəti sakitləşdirmək üçün dərhal tədbirlər görməli olduğunu vurğulayıb.

Xatırladaq ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice