BAKI, AzerVoice
İsraili tənqid edənlərə ABŞ vizası verilməyə bilər.
AzerVoice xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İsraili sərt şəkildə tənqid edən xarici vətəndaşlara qarşı yeni viza məhdudiyyətləri tətbiq olunacağını açıqlayıb.
Ağ Evdə keçirilən tədbirdə çıxış edən Rubio, prezident Tramp administrasiyası dövründə ABŞ-ın yəhudi icması ilə həmrəy olacağını bildirib. O, İsrailə qarşı nifrət dolu ritorikanın yayılmasına qarşı tədbirlər görüləcəyini vurğulayıb.
“Yəhudi xalqına qarşı nifrət aşılayan əcnəbilərin ölkəyə daxil olmasına icazə verməyəcəyik. Bu məqsədlə daha sərt viza siyasəti tətbiq edirik,” – deyə Rubio bildirib.
Rubio həmçinin qeyd edib ki, Yaxın Şərqdə barışın əsasını təşkil edən Abraham razılaşmaları bölgədə yeni perspektivlər yaradıb və bu prosesin davam etdirilməsi üçün çalışırlar. “Bu uzun tunelin sonunda bir işıq görürük,” – deyə o əlavə edib.