BAKI, AzerVoice
Kanada həm öz silahlı qüvvələrinin, həm də Avropa ordularının yenidən silahlandırılması ilə məşğul olacaq.
AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniya kralı III Çarlz Kanadanın yeni parlament sessiyasını açarkən bildirib.
“Kanada hökuməti ölkənin Silahlı Qüvvələrinə yenidən sərmayə yatıraraq və onları yenidən silahlandıraraq ölkənin suverenliyini müdafiə edəcək” – deyə, monarx bildirib.
“Bu, Avropanın yenidən silahlandırılmasına qoşulmaq və beləliklə, Atlantik okeanı boyunca təhlükəsizliyə sərmayə qoymaqla Kanadanın müdafiə sənayesini stimullaşdıracaq” - deyə, o əlavə edib.
Kral həmçinin qeyd edib ki, Kanada Avropadakı tərəfdaşları ilə birlikdə Şimal bölgəsində mövcudluğunu gücləndirəcək, çünki onun sözlərinə görə, Arktika yeni təhlükələrlə üz-üzə qalır.
Qeyd edək ki, Böyük Britaniya kralı, formal olaraq Kanadanın da dövlət başçısı sayılır. III Çarlz 1957-ci ildən bəri ilk dəfə Kanadanın parlament sessiyasını açır. Onun bu çıxışı Kanadanın yeni baş naziri Mark Karni hökuməti tərəfindən hazırlanıb.