11
BAKI, AzerVoice
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Kuautemok” yelkənli təlim gəmisi Nyu-Yorkdakı Bruklin körpüsü ilə toqquşub.
AzerVoice xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətləri məlumat verib.
Məlumata görə, toqquşma nəticəsində iki nəfər ölüb, 17 nəfər isə yaralanıb. Yaralananlardan dörd nəfərin vəziyyəti kritikdir.
Daha əvvəl Nyu-York meri Erik Adams mətbuat konfransında 19 nəfərin yaralandığını bildirmiş, lakin ölənlər barədə məlumat verməmişdi. Hadisə baş verən vaxt gəminin göyərtəsində 277 nəfər olub.
Meksika Hərbi Dəniz Nazirliyi hadisədən sonra gəminin təlim səfərini davam etdirə bilməyəcəyini açıqlayıb.