Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Hindistan kosmosa peyk buraxa bilməyib

    18 May 2025 14:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO), mühərriklərdən birində yaranan nasazlıq səbəbilə tədqiqat peykini kosmosa göndərmək üçün nəzərdə tutulan raket buraxılışını həyata keçirə bilməyib.

    AzerVoice xəbər verir ki, bu barədə təşkilatın rəhbəri V. Narayanan keçirdiyi brifinqdə məlumat verib.

    "Bu gün Şriharikota kosmodromundan 101-ci buraxılışımız olan PSLV-C61 EOS-09 missiyasını həyata keçirməyi planlaşdırırdıq. PSLV dörd mərhələli bir raketdir və ikinci mərhələyə qədər hər şey normal idi. Üçüncü mərhələnin mühərriki uğurla işə düşdü, lakin bu mərhələdə işləmə zamanı nasazlıq müşahidə olundu və missiyanın yerinə yetirilməsi mümkün olmadı" – deyə, Narayanan bildirib.

    Onun sözlərinə görə, mühərrikin gövdəsində təzyiqin düşməsi qeydə alınıb.

    Məlumat üçün bildirək ki, EOS-09 Yer müşahidə peykidir. O, istənilən hava şəraitində, gündüz və gecə görüntülər əldə edə bilir. Bu görüntülər kənd təsərrüfatı, meşə təsərrüfatı, şəhər planlaşdırması, milli təhlükəsizlik və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün mühüm əhəmiyyət daşıyır.

    #peyk #kosmos #Peyk buraxılışı #Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) #EOS-09 Yer müşahidə peyki
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan istədiyi zaman orbitə peyk qaldıra bilər - "Azərkosmos"

    21 Oktyabr 2025 10:35

    Ümumdünya Kosmos Həftəsinə sayılı günlər qaldı

    19 Sentyabr 2025 16:43

    NASA Araşdırması - Kosmosa səyahət bioloji qocalmanı sürətləndirir

    13 Sentyabr 2025 13:30

    Günəşdə güclü partlayış qeydə alınıb

    7 Sentyabr 2025 11:25

    Marsın dərinliklərində qədim sirlər aşkarlanıb

    30 Avqust 2025 12:30

    Günəşdə güclü alışma baş verib

    28 Avqust 2025 20:01

    SpaceX-in Starship raketinin 10-cu sınaq uçuşu baş tutmayıb

    25 Avqust 2025 10:59

    Kosmosda sağlam nəsillərin yaranması ehtimalı araşdırılır

    24 Avqust 2025 16:00

    Günəşdə güclü partlayış qeydə alınıb

    24 Avqust 2025 15:03

    Su kainatda düşündüyümüzdən çox daha erkən əmələ gəlmiş ola bilər

    23 Avqust 2025 14:00

    ABŞ kosmos siyasətində lisenziyalaşdırma prosesi sadələşdiriləcək

    14 Avqust 2025 11:34

    Gökhan Erdem Blue Origin ilə kosmosa uçan ilk türk iş adamı olub

    5 Avqust 2025 16:19
    XƏBƏR LENTİ

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.