Əsas səhifə » Somalidə hərbi bazada partlayış baş verib - Ölənlər var

Somalidə hərbi bazada partlayış baş verib - Ölənlər var

BAKI, AzerVoice

Somalinin paytaxtı Moqadişoda hərbi xidmətə qəbul mərkəzi yaxınlığında partlayış baş verib.

AzerVoice xəbər verir ki, bu barədə SMS Somali TV telekanalı X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində azı 11 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb. Hadisə Damaanayo hərbi bazasında baş verib və partlayış yeni əsgərlərin Somalinin milli ordusuna qəbul prosesi zamanı qeydə alınıb.

Digər bir mənbə — Dalsan radiostansiyası isə bu partlayışın terror aktı olduğunu iddia edib. Onun sözlərinə görə, intiharçı terrorçu partlayışı xidmətə yazılmaq üçün toplaşan gənclərin arasında törədib. Şahidlərin dediklərinə əsasən, partlayışdan dərhal sonra azı iki motorikşa yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb.

Radiostansiyanın verdiyi məlumatda qeyd edilib ki, hücumun məqsədi yeni əsgərlərin orduya qəbulunu pozmaq olub.

"Damaanayo bazası uzun müddətdir ki, Somalinin milli ordusu üçün yeni əsgərlərin hazırlıq mərkəzi kimi tanınır və bu, onu həm simvolik, həm də strateji hədəfə çevirir. ‘Əş-Şəbab’ kimi hökumətə qarşı çıxan qruplaşmalar bu cür mərkəzləri tez-tez hədəf alır" - deyə, məlumatda bildirilib.

Hazırda heç bir terror qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, oxşar hücum 2023-cü ildə də həmin bazada baş vermişdi. Həmin vaxt da terrorçu partlayış törətmiş və nəticədə onlarla insan həlak olmuşdu.

Digər Kateqoriyalar

2025 © Azervoice