Əsas səhifə » Finlandiyada iki helikopter toqquşub - Ölənlər var

Finlandiyada iki helikopter toqquşub - Ölənlər var

BAKI, AzerVoice

Finlandiyanın qərbində yerləşən Eura aerodromu yaxınlığında Estoniyanın paytaxtı Tallin şəhərindən havaya qalxan iki helikopter toqquşub.

AzerVoice xəbər verir ki, bu barədə Estoniya dövlət televiziyası ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində beş nəfər həyatını itirib.

Finlandiya KİV-in verdiyi məlumata görə, hadisə bugün günün birinci yarısında Satakunta vilayətində baş verib. Finlandiya polisi təsdiqləyib ki, Robinson R44 Raven modelinə aid iki yüngül helikopterin göyərtəsində ümumilikdə beş nəfər olub – biri iki, digəri isə üç nəfər daşıyıb. Polis hal-hazırda həlak olan şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

İlkin məlumatlara əsasən, toqquşmadan sağ qalan olmayıb. O, həlak olan şəxslərin kimliyi barədə əlavə məlumat verməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice