Əsas səhifə » Çində helikopter qəzası baş verib

Çində helikopter qəzası baş verib

BAKI, AzerVoice

Çinin şərqindəki Szyansu əyalətinin Suçjou şəhərində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, yerli fövqəladə hallar idarəsi tərəfindən edilən açıqlamada, 'Robinson R44 II' model helikopterin saat 17:00-da uçuşdan qayıdarkən təxminən 10 metr hündürlükdən yerə düşdüyü bildirildi.

Hadisə nəticəsində ərazidə olan bir nəfər ölüb, helikopterdə olan dörd nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların həyatı üçün təhlükə olmadığı bildirilib.

Jiangsu Mülki Aviasiya İdarəsi qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice