Əsas səhifə » Çin Avropa deputatlarına qarşı sanksiyaları ləğv edir

Çin Avropa deputatlarına qarşı sanksiyaları ləğv edir

BAKI, AzerVoice

Çin, Avropa Parlamentinin beş üzvünə qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi barədə qərar verib.

AzerVoice xəbər verir ki, bu barədə Avropa Parlamentinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunur ki, bu addım, Avropa İttifaqı (Aİ) ilə Çin arasında parlamentlərarası dialoqun bərpası üçün yol açır.

“Bu gün Avropa Parlamentinin sədri Roberta Metsola parlament fraksiyalarının rəhbərlərini, Çin hakimiyyətinin Avropa Parlamenti üzvlərinə və onların ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək qərarı barədə məlumatlandırıb” – deyə, bəyanatda qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice