Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Trampın Putinə qarşı "səbri tükənir"

    12 Sentyabr 2025 19:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər.

    AzerVoice-un məlumatına görə, Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb.

    O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib.

    “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.

    Xatırladaq ki, avqustun 18-də Ağ Evdə Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə danışıqlar aparılıb.

    Bundan əlavə, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında Tramp və Putin arasında məhdud formatda görüş keçirilib. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.

    Avqustun 19-da isə Ukrayna ilə bağlı iki mühüm görüş keçirilib – “istəklilər koalisiyası”nın liderlərinin videokonfransı və Avropa İttifaqının onlayn sammiti.

    Hər iki tədbirdə Alyaskada baş tutan ABŞ–Rusiya sammitinin nəticələri, ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə apardığı danışıqlar, həmçinin döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya veriləcək təhlükəsizlik təminatları müzakirə olunub.

    #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #sanksiya #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38
    XƏBƏR LENTİ

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    Türkiyə limanları ilə 2 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

    Prezident İlham Əliyev: Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

    Prezident İlham Əliyev Gitanas Nausedanı təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.