Bakı, AzerVoice
Hindistanda müsəlmanlar hökumətin vəqf mülkləri üzərində nəzarətini genişləndirən qanun layihəsinə qarşı ümummilli kampaniyaya başlayıblar.
AzerVoice xəbər verir ki, Hindistandakı müsəlmanlar hökumətin vəqf mülkləri üzərində nəzarəti genişləndirmək üçün 1995-ci il tarixli Vəqf Qanununa dəyişiklik edilməsi tələbinə reaksiya verdilər.
Müsəlmanların dini təhsil və yardım məqsədi ilə istifadə etdikləri "vəqflər" adlanan ərazilərə və mülklərə təftiş və müdaxilə hüququ verən qanun layihəsinə qarşı çıxan müsəlmanlar ölkə daxilində nümayişlərə başlayıb.
Bütün Hindistan Müsəlmanları Şəxsi Hüquq Şurasının (AIMPLB) rəhbərliyi ilə başlanan etiraz aksiyaları ilə yanaşı, oturaq aksiyaların, ictimai konfransların və seminarların keçirilməsi də planlaşdırılır.
Nümayişlərin ilk mərhələsi müvafiq olaraq 26 və 29 mart tarixlərində Patna və Vijayavada parlamentləri qarşısında böyük oturaq etiraz aksiyaları keçirmək məqsədi daşıyır.
AIMPLB qanun layihəsinə qarşı bütün “konstitusion, hüquqi və demokratik vasitələrdən” istifadə etməkdə qərarlı olduqlarını açıqlayıb.