Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    "Tesla" Hindistanda ilk şou-rumunu açacaq

    11 İyul 2025 18:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "Tesla" iyulun 15-də Hindistanda ilk şou-rumunu açacaq və gələn aydan etibarən müştərilərə elektrik avtomobillərinin təhvil verilməsinə başlayacaq.

    AzerVoice-un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

    Bildirilib ki, ilk şourum Hindistanın Mumbay şəhərində, ikinci şou-rum isə iyulun sonunda Yeni Dehlidə fəaliyyətə başlayacaq. Şou-rumlarda potensial alıcılar qiymətlər və mövcud komplektasiyalar haqqında məlumat ala biləcəklər.

    Elektriklə işləyən, arxa ötürücülü "Model Y" yolsuzluq avtomobillərindən ibarət ilk partiya artıq Çindəki zavoddan Hindistana gətirilib və onların təhvili avqustda başlanacaq.

    Məlumat üçün bildirək ki, Hindistan dünyanın üçüncü ən böyük avtomobil bazarıdır və bu bazarın mənimsənilməsi "Tesla"ya digər regionlarda satışların azalmasını kompensasiya etməyə kömək edə bilər. İkinci rübdə şirkətin təhvilləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq 384 122 avtomobilə düşüb. Bu, şirkət tarixində ən pis göstərici olub və ardıcıl ikinci rübdə geriləmə qeydə alınıb.

    Bundan əvvəl "Tesla" rəhbərliyi qeyd etmişdi ki, şirkətin Hindistan bazarına daxil olması qarşısında əsas maneə ölkəyə idxal edilən avtomobillər üçün tətbiq edilən yüksək gömrük rüsumlarıdır. Bu rüsumlar xaricdə istehsal olunan və dəyəri 40 min dollaradək olan avtomobillər üçün 70 faizə qədər yüksələ bilir. ABŞ-da isə "Tesla"nın ən populyar modeli olan "Model Y" təqribən 46,6 min dollara satılır.

    #Hindistan #Tesla
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

    13 Dekabr 2025 14:58

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    10 Dekabr 2025 13:38

    Rusiya və Hindistan liderləri strateji əməkdaşlığı gücləndirdi

    5 Dekabr 2025 13:56

    Hindistanda 3 ildə 200 mindən çox tənəffüs yolu infeksiyası qeydə alınıb

    3 Dekabr 2025 15:37

    Pakistan ordusu 20-dən çox Hindistan terrorçusunu məhv edib

    25 Noyabr 2025 11:31

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    20 Noyabr 2025 04:00

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    19 Noyabr 2025 04:00

    Bu gün İndira Qandi qətlə yetirildi

    31 Oktyabr 2025 10:24

    Çində 3 ayda 50 kiloqram arıqlayan hər kəsə “Porsche” hədiyyə ediləcək

    30 Oktyabr 2025 11:06

    Avropa İttifaqında Tesla satışları kəskin azalıb

    28 Oktyabr 2025 11:25

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    19 Oktyabr 2025 12:57

    Pakistan 48 saatlıq atəşkəs elan edib

    15 Oktyabr 2025 17:32
    Demo
    XƏBƏR LENTİ

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Əczaçılıq ordudan önəmlidir: İran dövlətçiliyində gizli böhran

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    Aİ Sudanın Darfur bölgəsinə humanitar yardım üçün hava körpüsü yaradıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.