BAKI,AzerVoice
Tək millət, iki dövlət” şüarı ilə Can Azərbaycanımızın yanında olmağa davam edəcəyik.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O, X sosial media hesabında Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
"Müstəqillik uğrunda şəhid olan bütün qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm"- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.
Can Azerbaycan’ın Bağımsızlık Günü kutlu olsun.
— Abdulkadir URALOĞLU (@a_uraloglu) May 28, 2025
“Tek Millet, İki Devlet” şiarıyla Can Azerbaycan’ın yanında olmaya devam edeceğiz.
Müstakillik uğruna şehit düşen tüm kahramanlarımızı da saygı ve rahmetle yâd ediyorum.#BirMillətİkiDövlət pic.twitter.com/YGV9g18Xzn