BAKI, AzerVoice
Fransanın Var vilayətində baş verən irqçi motivli silahlı hücum
nəticəsində bir Tunis vətəndaşı həyatını itirib, bir Türkiyə
vətəndaşı yaralanıb.
AzerVoice xəbər verir ki, Fransa
daxili işlər naziri Jerald Darmanin-in yerinə təyin olunan yeni
nazir Retailleau, sosial media hesabında verdiyi açıqlamada
bildirib ki, mayın 31-də Var bölgəsində bir nəfər Tunisli qonşusunu
güllələyərək öldürüb, hadisə zamanı 25 yaşlı Türkiyə vətəndaşı isə
əlindən yaralanıb.
Retailleau qeyd edib ki, hücumun irqçi motivli olub-olmadığına dair istintaq davam edir, lakin hücumçunun sosial şəbəkələrdə paylaşdığı videolar hadisənin bu xarakterdə olduğunu deməyə əsas verir.
Hadisə ilə bağlı yerli mediada yayılan məlumatlara görə, 53 yaşlı fransız vətəndaş qonşusu olan 35 yaşlı tunislini odlu silahla qətlə yetirib. Hadisə zamanı ərazidə olan Türkiyə vətəndaşı da yaralanıb. Cinayətkar hadisə yerindən avtomobili ilə qaçmağa çalışsa da, təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə saxlanılıb. Avtomobildə çoxlu sayda odlu silah aşkarlanıb.
Draguignan Respublika Prokurorluğu tərəfindən hadisə ilə bağlı irqi motivli qətl ittihamı ilə istintaq başladılıb.
Qeyd edək ki, Fransa daxilində son illər müsəlman icmalarına qarşı irqçi hücumların sayı artmaqdadır.