Əsas səhifə » Ukraynanın Aİ-yə daxil olması Avropada müharibə riskini artırır - Orban

Ukraynanın Aİ-yə daxil olması Avropada müharibə riskini artırır - Orban

BAKI, AzerVoice

Ukraynanın Aİ-yə üzvlüyü müharibəni dayandırmaq əvəzinə Avropanı münaqişəyə sürükləyə bilər.

AzerVoice xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynanı üzvlüyə qəbul etməsinin regionda sülhə deyil, əksinə yeni münaqişə cəbhələrinin açılmasına səbəb ola biləcəyini bildirib.

Orban açıqlamasında qeyd edib ki, Avropanın sülhə ehtiyacı var və bu məqsədə çatmaq üçün Ukraynanın Avropa İttifaqına daxil edilməməsi lazımdır.

“Biz sülh istəyirik. Rusiyaya qarşı yeni Şərq cəbhəsinin açılmasını istəmirik, bu səbəbdən Ukraynanın Aİ-yə üzvlüyünə ehtiyac yoxdur”- deyə o bildirib.

Baş nazir əlavə edib ki, Aİ rəhbərliyinin Rusiya ilə müharibəyə hazırlıq məqsədi daşıyan bir planı mövcuddur və bu planda əsas rol Ukraynaya verilib.

Onun sözlərinə görə, Kiyevin tələsik Aİ-yə qəbulundan sonra Avropa iqtisadiyyatının hərbiləşdirilməsi və gücün mərkəzləşdirilməsi prosesi başlayacaq.

Daha əvvəl Orban Ukraynanın Aİ-yə daxil olmasının Macarıstan iqtisadiyyatı üçün mənfi nəticələr doğuracağını, Budapeştin Kiyevin birliyə daxil olması üçün maliyyə dəstəyi verməyəcəyini açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice