Əsas səhifə » Ukraynanın nümayəndə heyəti danışıqlar üçün sabah İstanbulda olacaq - Zelenski

Ukraynanın nümayəndə heyəti danışıqlar üçün sabah İstanbulda olacaq - Zelenski

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna heyətini İstanbulda keçiriləcək sülh danışıqlarında iştirak etmək üçün təyin etdiyini açıqlayıb.

AzerVoice-un məlumatına görə, o, heyətin sabah İstanbulda olacağını və Rusiya heyətini gözləyəcəyini bildirib.

Qeyd edək ki, Zelenski, daha əvvəl verdiyi açıqlamada Avropa və ABŞ-dakı tərəfdaşları ilə diplomatik addımlar üzərində işlədiklərini və hər gün əlaqə saxladıqlarını qeyd edib. O, İstanbulda keçiriləcək yeni sülh danışıqlarında Rusiyanın hansı mövzuları gündəmə gətirəcəyinin bəlli olmadığını, Türkiyə, ABŞ və digər tərəfdaşlarla da bu barədə dəqiq məlumat olmadığını bildirib.

Zelenski, bütün dünyanın diplomatiyanın işləməsini və real atəşkəsin təmin olunmasını istədiyini vurğulayaraq, Rusiyanın diplomatiya ilə oyun oynamayıb müharibəni dayandırmalı olduğunu bildirib. O, müzakirələrin də bu istiqamətdə getməli olduğunu bildirib. Ukraynanın öz gündəliyini artıq təqdim etdiyini qeyd edən Zelenski, ABŞ-ın sanksiyalar məsələsində qətiyyətli addımlar atacağına ümid etdiklərini, bu addımların isə sülhə töhfə verəcəyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice