Əsas səhifə » İxracın artması proqramımızın uğurla davam etdiyini göstərir - Yılmaz

İxracın artması proqramımızın uğurla davam etdiyini göstərir - Yılmaz

BAKI, AzerVoice

“İxracın artması proqramımızın uğurla davam etdiyini göstərir.”

AzerVoice xəbər verir ki, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz sosial media hesabında may ayı üzrə xarici ticarət göstəricilərini qiymətləndirib.

O bildirib ki, may ayında ixracat ötən ilin eyni ayına nisbətən 2,7 faiz artaraq illik ixrac həcmi 265,5 milyard dolları keçib.

Yılmaz qeyd edib ki, qlobal iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, yüksək əlavə dəyər, innovasiya və rəqabətə əsaslanan ixrac strategiyası ilə bu ilin ilk beş ayında ixracda 3,5 faiz artım əldə olunub.

“İqtisadi artımın tarazlı şəkildə davam etməsi, ixracın artması, cari hesab kəsirinin azalması və işsizlik səviyyəsinin enməsi proqramımızın uğurla həyata keçirildiyini göstərir. İnflyasiyanın azaldılması ilə bağlı siyasətimizi qətiyyətlə davam etdirməklə yanaşı, iqtisadi dinamizmi gücləndirməyə, investisiyaları, istehsalı və məşğulluğu dəstəkləməyə davam edəcəyik”, – deyə Yılmaz vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice