Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    İAEA hesabatından siyasi məqsədlərlə istifadə olunarsa cavab veriləcək -İran XİN

    1 İyun 2025 12:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İranın xarici işlər naziri Abbas Arakçi Avropa dövlətlərinə xəbərdarlıq edib ki, əgər Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) son hesabatından İran əleyhinə siyasi məqsədlərlə istifadə edilərsə, Tehran buna sərt cavab verəcək. AzerVoice xəbər verir ki, nazir bu barədə İAEA rəhbəri Rafael Qrossi ilə telefon danışığında bildirib. Arakçi Böyük Britaniya, Fransa və Almaniyanı hesabatdan İran əleyhinə addımlar üçün istifadə etməməyə çağırıb.

    Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi şənbə günü İAEA hesabatını “siyasi və qeyri-obyektiv” adlandırıb. Həmin hesabatda İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatının son üç ayda 50 faiz artdığı və bunun nüvə bombası istehsalına şərait yarada biləcəyi vurğulanıb.

    İAEA rəhbəri Qrossi hesabatında agentliyin İranın nüvə proqramının tam sülh məqsədli olduğuna zəmanət verə bilmədiyini bildirib.

    ABŞ Prezidenti Donald Tramp isə cümə günü İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini vurğulayaraq Tehranla razılaşmanın əldə olunmağa yaxın olduğunu açıqlayıb.

    Hazırda ABŞ və İran arasında nüvə proqramı ilə bağlı altıncı danışıqlar raundu gözlənilir. Lakin görüşün vaxtı və yeri hələlik açıqlanmayıb.

    #Abbas Arakçi #İran nüvə proqramı #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) #ABŞ-İran arasında nüvə danışıqları #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #Tramp İran nüvə razılaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    ABŞ-lə nüvə danışıqları aparmayacağıq - Əraqçi

    1 Noyabr 2025 22:00

    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib

    1 Noyabr 2025 08:00

    ABŞ senatorları Trampın nüvə testi göstərişini tənqid etdi

    31 Oktyabr 2025 12:15

    Tehran, Vaşinqtonun nüvə silahı sınaqlarını bərpa etməsini “geriyə dönüş və məsuliyyətsiz addım” adlandırdı

    31 Oktyabr 2025 11:34

    İran az resursla maksimum təsir – İran strateqiyası

    27 Oktyabr 2025 12:00

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    25 Oktyabr 2025 10:02

    Xameneyi deyir ki, “... Bəs nüvə obyektlərimiz məhv edilməyib”

    21 Oktyabr 2025 10:53

    İran daxilində Snapback böhranı: keçmiş diplomatlar üz-üzə gəldi

    18 Oktyabr 2025 19:50

    Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib

    13 Oktyabr 2025 20:25

    Netanyahu iddia edir ki, İranın raketləri Vaşinqtonu vura bilər

    8 Oktyabr 2025 22:00
    Demo
    XƏBƏR LENTİ

    44 günlük müharibəyə həsr olunmuş tədbirlər həyata keçirilib

    “Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir keçirilib

    Türkiyə ən çətin anda yanımızda oldu - Sudan

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    Yəmən: Tarixi İrs, Coğrafiya və Müasir Reallıqlar

    Yuxuda kələm görmək

    Həccdə Zəvvar məmnunluğu 91 faiz təşkil edib

    Bu gün Corc Buş terrorizm barədə BMT-də çıxış etdi

    Züha surəsi nədən bəhs edir?

    Tarixdə bu gün - 10 noyabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.