Əsas səhifə » May ayında Türkiyənin xalça ixracı azalıb (ÖZƏL)

May ayında Türkiyənin xalça ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 1 milyard 124 milyon 755 min dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 234 milyon 133 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 10,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 2 milyard 795 milyon 207 min dollar məbləğində xalça ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice