BAKI, AzerVoice, Fərid Mikayılov
İngiltərənin Mançester Yunayted klubu baş məşqçi Ruben Amorim ilə yollarını ayırıb.
AzerVoice xəbər verir ki, hazırda Premyer Liqanın turnir cədvəlində 20 turdan sonra 31 xalla 6-cı pillədə qərarlaşan “qırmızı şeytanlar” yaxın oyunlarda baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Darren Fletcher-ə həvalə edəcək.
Ruben Amorim Mançester Yunaytedə 2024-cü ilin payızında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda əvvəlki mövsümdə Premyer Liqanı 15-ci pillədə başa vurub. Bununla yanaşı, Mançester Yunayted UEFA Avropa Liqasının finalına yüksəlib, lakin həlledici görüşdə Tottenhemə məğlub olub.
Qeyd edək ki, 40 yaşlı portuqaliyalı mütəxəssis Mançester Yunayteddən əvvəl Portuqaliyada Casa Pia, Braga və Lissabonun Sportinq klublarında çalışıb. Amorim Sportinqlə iki dəfə Portuqaliya çempionluğunu və ölkə kubokunu qazanıb, həmçinin bir dəfə Portuqaliya Superkubokunun qalibi olub.
