Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Azərbaycanın dövlət borcu açıqlanıb

    5 Yanvar 2026 14:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub.

    AzerVoice Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.

    Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.

    Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinə operativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7 milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb

    2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2 faizini təşkil edib.

    2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.

    Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard 837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarının,
    180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür.

    Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir.

    Dövlət qiymətli kağızlarının 2,6 faizi 1 illik, 56,2 faizi 2 və 3 illik, 41,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

    #Azərbaycanın dövlət borcu #ümumi dövlət borcu göstəriciləri #ÜDM və borc nisbəti #Maliyyə Nazirliyinin məlumatı #dövlət istiqrazları #dövlət qiymətli kağızları #borc yükünün azalması #makroiqtisadi göstəricilər #maliyyə dayanıqlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin sement ixracı 4 milyard dolları keçib (ÖZƏL)

    6 Yanvar 2026 17:10

    Türkiyədə dövlət xəstəxanalarında laboratoriya xidmətləri satın alınacaq

    6 Yanvar 2026 17:00

    Türkiyənin polad ixracı 16 milyard dolları keçib (ÖZƏL)

    6 Yanvar 2026 16:28

    Bitget-dən Qlobal Bazarlara Tək Platforma Üzərindən Çıxış

    6 Yanvar 2026 14:50

    Türkiyənin avtomobil ixracı 41 milyard dolları keçib (ÖZƏL)

    6 Yanvar 2026 14:14

    Türkiyədə 99 mənzilli yaşayış kompleksi inşa olunacaq

    6 Yanvar 2026 14:00

    Türkiyənin elektrik avadanlıqları ixracı 17 milyard dolları keçib (ÖZƏL)

    6 Yanvar 2026 11:02

    Türkiyə bələdiyyəsi idman ləvazimatları alacaq

    6 Yanvar 2026 11:00

    Türkiyənin hazır geyim ixracı 16 milyard dolları keçib (ÖZƏL)

    6 Yanvar 2026 09:10

    Türkiyədə təhsil xidməti üzrə tender elan edildi

    5 Yanvar 2026 17:00

    Türkiyənin xalça ixracı 2 milyard dolları keçib (ÖZƏL)

    5 Yanvar 2026 16:22

    Türkiyənin tekstil ixracı 9 milyard dolları keçib (ÖZƏL)

    5 Yanvar 2026 14:56
    Demo
    XƏBƏR LENTİ

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    Kolumbiya xarici işlər naziri xarici təcavüz halında hərbi cavab veriləcəyini bildirib

    Bu gün ABŞ-da ilk prezident seçicilərinin vaxtı təyin edildi

    Tarixdə bu gün – 7 yanvar

    Çin mediası Prezident İlham Əliyevin Çinə dair fikirlərindən yazır

    Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb

    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

    ABŞ ictimai rəyində İsrailə dəstək zəifləyir

    Tayvanda F-16 qırıcısı qəzaya uğrayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.