Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda nə baş verdi?

    4 Yanvar 2026 18:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Fatih Sultan Mehmedin ömrü müharibələrlə keçmişdi və o, ondan əvvəlki bir çox hökmdarın hətta xəyal belə edə bilmədiyi işləri həyata keçirmişdi. Xüsusilə İstanbulun fəthi və digər uğurları sayəsində xalq arasında böyük nüfuza malik idi. Lakin yürüdülən sərt maliyyə siyasəti ölkədə ümumi narazılıq yaratmışdı. Onun dövründə bir-iki il istisna olmaqla, demək olar ki, hər il müharibə aparılmışdı. Osmanlı ordusu bəzən ildə iki dəfə səfərə çıxırdı. Təkcə yay aylarında deyil, çox vaxt hərbi əməliyyatlar üçün əlverişsiz sayılan qış mövsümündə də yürüşlər təşkil edilirdi. Bu vəziyyət isə ilk növbədə yeniçəriləri bezdirmişdi. Cəbhədən cəbhəyə qaçmaqdan yorulan yeniçərilər Fatih Sultan Mehmeddən narazı idilər. Məhz bu səbəbdən, Fatihin ölümündən sonra onlar atasına bənzəyən Cem Sultanı deyil, daha mülayim xasiyyətli və müharibəyə o qədər də meylli olmayan II. Bəyazidi dəstəklədilər.

    II. Bəyazid taxta çıxandan sonra atasının dövründə aparılan siyasətə qarşı bir reaksiya mərhələsi başlandı. Onun hakimiyyəti illərində Fatihin gördüyü bir çox işlərdən imtina edildi; yeni hökmdar taxta çıxar-çıxmaz, atasının dövründə dövlətləşdirilmiş torpaqları əvvəlki sahiblərinə geri qaytardı. Fatih dövründə aparılan devalvasiyalar nəticəsində zərər görmüş yeniçərilər II. Bəyaziddən hökmdarlığı boyunca bir dəfədən artıq pul buraxmamağı şərt kimi irəli sürdülər.

    Bundan başqa, maraqlı bir vəziyyət də yaşanmışdı. Fatih dövründə böyük uğurlara baxmayaraq, müharibələrin və maliyyə siyasətinin yükü o qədər ağır olmuşdu ki, tarixçi Halil İnalcığın sözlərinə görə, Fatihin ölümündən sonra taxta çıxan II. Bəyazidə atasını deyil, babası II. Muradı örnək götürməsinin tövsiyə edildiyi bildirilir.

    #Osmanlı dövləti tarixi #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda nə baş verdi? #Yeniçərilərin seçimi: Cem Sultan yox #niyə II Bəyazid? #Fatihdən sonra Osmanlıda reaksiya dövrü başladı #II Bəyazid taxta çıxandan sonra hansı islahatlar dayandırıldı? #Fatih dövrünün ağır mirası: müharibələr və maliyyə böhranı #Osmanlıda taxt dəyişikliyi: Fatihdən sonra hakimiyyət balansı #Yeniçərilərin narazılığı Osmanlı siyasətini necə dəyişdi? #Fatih Sultan Mehmedin ölümü #Osmanlıda taxt dəyişikliyi #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda baş verənlər #II Bəyazidin taxta çıxmasından sonra siyasət dəyişiklikləri #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda siyasi dönüş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Osmanlı bəyliyinin böyümə sirri: Tarixçilərin qızğın mübahisəsi

    1 Fevral 2026 13:54

    Dimbos zəfəri necə qazanıldı, səfərin məqsədi nə idi?

    31 Yanvar 2026 13:35

    Osmanlı dövləti nə vaxt quruldu? 1299 mübahisəsi və yeni yanaşmalar

    28 Yanvar 2026 13:52

    Osman Qazi və Orxan Qazinin ilk qalibiyyətləri: Sakaryadan Qara Tiginə

    27 Yanvar 2026 13:38

    Soyqırımlar, işğallar, deportasiyalar: Rusiya cinayətlərinin tarixi

    20 Yanvar 2026 08:00

    Osmanlı dövlətinin ilk böyük mühasirələri: Bursa, İznik və İzmitin fəthi

    18 Yanvar 2026 13:41

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    11 Yanvar 2026 23:00

    Osman Qazi əmisi Dündar bəyi hansı səbəbdən edam etdirdi?

    11 Yanvar 2026 13:29

    Osmanlı dövlətində şeyxülislam necə müəyyən edilirdi?

    10 Yanvar 2026 10:43

    Anadolu necə fəth edildi?

    3 Yanvar 2026 13:10

    Türklər Anadoluya gəldikdə orada kimlər vardı?

    3 Yanvar 2026 13:04

    Türklərin Anadoluya gəlişi necə baş verdi?

    1 Yanvar 2026 13:02
    XƏBƏR LENTİ

    Azərbaycanın Qəzza sülhündə rolu: Bakıdan böyük humanitar töhfə

    Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib

    Ərdoğandan dünyaya sərt xəbərdarlıq: Qurulan tələlərin hamısından məlumatlıyıq

    Türkiyə sabitləşdirmə səylərini və iki dövlətli həlli dəstəkləməyə hazırdır - Hakan Fidan

    Prezident İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqstü söhbət edib

    İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz - ABŞ Prezidenti

    Cey Di Vens Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana təşəkkür edib

    “SÜLH” sözünün fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxırlar - Hikmət Hacıyev

    Sülh Şurası mənim iştirak edəcəyim ən vacib təşəbbüslərdən biridir - Tramp

    Sülh Şurası səlahiyyət və nüfuz baxımından ən əhəmiyyətli strukturdur - Donald Tramp

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.