Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir

    13 Dekabr 2025 09:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI,AzerVoice, Nailə Babazadə

    Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarət birgə heyət təcili missiya ilə Yəmənin müvəqqəti paytaxtı Ədənə gəlib. Heyətin əsas məqsədi Cənub Keçid Şurasının (STC) qüvvələrinin Hədrəməvt və Əl-Məhra vilayətlərindən çıxarılması və onların Səudiyyə rəhbərliyindəki Ərəb Koalisiyasının birbaşa nəzarəti altında əvvəlki təhlükəsizlik qüvvələrinin tabeliyinə qaytarılması üçün icra mexanizmlərinin hazırlanmasıdır.

    AzerVoice xəbər verir ki, məlumata görə, heyət gərginlikdən əvvəl mövcud olan vəziyyətin bərpa edilməsi üçün mövqelərin Milli Qalxan Qüvvələrinə təhvil verilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

    Bu addım Səudiyyə Ərəbistanının Yəmənin şərqində yaranmış gərginliyin aradan qaldırılması istiqamətində apardığı intensiv səylərin tərkib hissəsi kimi qiymətləndirilir. Ərəb Koalisiyası Hədrəməvtdə STC tərəfindən həyata keçirilən birtərəfli tədbirləri rədd edir və bu addımları yeni status-kvonun yaradılması, eləcə də vilayətin sülh və sabitliyini təhdid edən daxili qarşıdurmaya sürüklənməsi cəhdi kimi dəyərləndirir.

    Mənbələrin “Əş-Şərq əl-Əvsət” qəzetinə bildirdiyinə görə, birgə heyətin Ədənə gəlişi Ər-Riyadın Yəmənin qanuni institutları daxilində etimadsızlıq yarada və ya parçalanmanı dərinləşdirə biləcək istənilən fəaliyyəti qəti şəkildə qəbul etmədiyini bir daha nümayiş etdirir.

    #BƏƏ #Səudiyyə Ərəbistanı #Yəmən #Ərəb Koalisiyası #Səudiyyə rəhbərliyi #Riyadın mövqeyi #Yəməndə eskalasiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "İnter" fransalı futbolçunu transfer etməyəcək

    1 Fevral 2026 10:30

    Ronaldo tarixi rekorda bir addım da yaxınlaşdı

    31 Yanvar 2026 11:57

    Azərbaycan-BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir

    31 Yanvar 2026 11:00

    Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

    30 Yanvar 2026 13:03

    Məhəmməd bin Salman Riyadda Hillari Klintonu qəbul etdi

    29 Yanvar 2026 10:52

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    ARDNF və Ərəb Enerji Fondu “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “PAL Cooling Holding”ə sərmayə yatırıb

    28 Yanvar 2026 15:47

    Keçən il Türkiyədən Səudiyyəyə elektrik avadanlıqları ixracı 56 milyon dolları keçib (ÖZƏL)

    28 Yanvar 2026 10:00

    Keçən il Türkiyədən Səudiyyəyə dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    27 Yanvar 2026 15:00

    Səudiyyə Ərəbistanının XİN rəhbəri Polşaya rəsmi səfər edib

    26 Yanvar 2026 11:17

    Keçən il Türkiyədən Səudiyyəyə xalça ixracı 299 milyon dolları keçib (ÖZƏL)

    25 Yanvar 2026 13:00

    Səudiyyə Ərəbistanı humanitar yardımlar üzrə dünyada ikinci yerdə qərarlaşıb

    22 Yanvar 2026 14:27
    Demo
    XƏBƏR LENTİ

    ⁠Bugünkü bank sistemi mümkün şoklara qarşı daha hazırlıqlıdır - AMB-nin baş direktoru

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    Məhkəməyə alternativ hüquqi yol – Hümmət Əliyev mexanizmin üstünlüklərini izah edir

    Qədim sivilizasiyaların bilmədiyiniz heyrətamiz sirləri

    İranla razılaşmaya ümid edirik... Xameneinin haqlı olub-olmadığını görəcəyik - Tramp

    Jan-Filipp Mateta “Milan”a keçməyə yaxındır

    Azərbaycanda mədəni irsin korlanması və məhv edilməsinə görə məsuliyyət sərtləşdirilir

    Epşteyn işində Makronun da adı hallanıb

    Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.