Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada aclıqdan ölənlərin sayı 400 nəfərə çatır

    8 Sentyabr 2025 13:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası nəticəsində aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saatda 2-si uşaq olmaqla daha 6 fələstinli aclıqdan həyatını itirib.

    AzerVoice xəbər verir ki, Qəzzədəki Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, aclıq səbəbilə həyatını itirənlərlə bağlı son məlumatlar paylaşılıb. Açıqlamaya görə, son 24 saat ərzində 2-si uşaq olmaqla daha 6 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə vəfat edib.

    Bununla da, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında aclıqdan həyatını itirənlərin sayı 140-ı uşaq olmaqla 393-ə yüksəlib.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi “İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatı” (IPC) tərəfindən 22 avqustda yayımlanan açıqlamada Qəzzədə rəsmi olaraq aclıq elan edildiyi və bu tarixdən sonra 25-i uşaq olmaqla 115 nəfərin aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirdiyi bildirilib.

    IPC həmçinin Qəzzə şəhərində “aclq vəziyyəti” elan edib və bu vəziyyətin sentyabr ayının sonuna qədər Deyr əl-Bələh və Xan Yunis şəhərlərinə də yayıla biləcəyini bildirib.

    Qeyd edək ki İsrailin hücumları və humanitar yardımların daxil olmasına maneə yaradan sərt blokadası nəticəsində Qəzza zolağında aclıq geniş yayılıb. Regionda su, dərman, tibbi ləvazimat və gigiyenik vasitələrin çatışmazlığı müşahidə olunur və bu vəziyyət humanitar fəlakətə çevrilib.

    Xüsusilə uşaqlar arasında aclıq səbəbilə ölüm halları sürətlə artır. Yerli və beynəlxalq müşahidəçilər İsrailin “aclıq və susuzluğu silah kimi istifadə etdiyini” qeyd edirlər.

    Sivil infrastrukturun təxribata uğradıldığı və Qəzzənin 88%-nin dağıdıldığı qeyd olunur. İsrail ordusu, sürgün əmrləri ilə yerindən edilən fələstinliləri mütəmadi olaraq sığındıqları ərazilərdə hədəf alır.

    Əhalisi təxminən 2,3 milyon nəfər olan Qəzzə zolağında İsrailin hücumları və köç əmrləri nəticəsində 2 milyona yaxın insan evlərindən didərgin düşüb. Bir çox insan dəfələrlə yer dəyişmək məcburiyyətində qalıb.

    Əsas ehtiyaclardan məhrum edilərək yerindən edilən fələstinlilər, yararsız çadırlarda və ya gigiyena şəraitinin son dərəcə pis olduğu, tualetlərin belə kifayət etmədiyi, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

    İsrail ordusu isə gündəlik hücumlarla bu köçkünlərin sığındıqları çadırları və digər mülki obyektləri bombalayır.

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində indiyədək azı 64 min 368 fələstinli həyatını itirib, 162 min 367 nəfər isə yaralanıb.

    #Qəzza #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Hetçbeklərin Döyüşü: 2026 Kia K4 GT-Line Turbo, Honda Civic Sport Hybridə qarşı

    Antalya hava limanında sərnişin axını artdı, beynəlxalq göstərici gerilədi (ÖZƏL)

    Trampın 2026-cı il Yaxın Şərq strategiyası: Sülh yoxsa yeni sövdələşmələr?

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.