Əsas səhifə » İranın Natanz nüvə obyektinin bir hissəsində radioaktiv sızıntı mövcuddur - Qrossi

İranın Natanz nüvə obyektinin bir hissəsində radioaktiv sızıntı mövcuddur - Qrossi

BAKI, AzerVoice

İsrailin İrana endirdiyi zərbələr nəticəsində Natanz şəhərində yerləşən və 60%-ə qədər zənginləşdirilmiş uran istehsal edən nüvə obyektinin bir hissəsi zərər görüb.

AzerVoice xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının İrana dair təcili iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, İran təsdiqləyib ki, ilkin olaraq yalnız Natanzda yerləşən yanacaq zənginləşdirmə zavodu hücuma məruz qalıb. Bu obyekt əsas və eksperimental zavodlardan ibarətdir.

“İranın U-235 izotopu üzrə 60%-ə qədər zənginləşdirilmiş uran istehsal etdiyi eksperimental zavodun yerüstü hissəsi məhv edilib” - deyə, Qrossi qeyd edib.

BAEA rəhbəri əlavə edib ki, agentlik regiondakı nüvə təhlükəsizliyi ilə bağlı riskləri qiymətləndirmək və əlavə məlumat toplamaq üçün işini davam etdirir.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı yeni əməliyyat başladıb. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice