Bakı,AzerVoice
Hizbullah rəhbəri Həsən Nəsrullah İsrailin öldürdüyü mülki vətəndaşların əvəzini “qanla” ödəyəcəyini və onun qruplaşmanın İsrailin cənubuna çata biləcək raketlərə malik olduğubu deiyb.
AzerVoice xəbər verir ki, Nəsrullah Hizbullahın qisasının amansız olacağını bildirib.
Oktyabrın 7-də İsrail-Hizbullah toqquşması başlayandan bəri Livanın cənubunda iqtisadi itkilər təxminən 1,2 milyard dollara çatıb.
Zərər əsasən infrastruktura, yollara, binalara və kənd təsərrüfatı sahələrinə dəyib.Müəssisələrin bağlanması səbəbindən 300 milyon dollar civarında dolayı itki də var.
Baş verən lokal toquşmalar nəticəsində, Livanın cənubunda 520 ev tamamilə dağıdılıb, 3300 evə isə qismən ziyan dəyib.
Məlumat üçün bildirək ki,oktyabrın 7-də İsrail və Qəzzada yerləşən Fələstin silahlı qruplaşması HƏMAS arasında müharibə başlayandan bəri Livan-İsrail sərhədində İsrail və HƏMAS-ın müttəfiqi olan Hizbullah arasında hər gün atışma müşahidə olunur.
İsrailin Livanın sərhəd kəndlərini dəfələrlə bombardman etməsi nəticəsində, əksəriyyəti Hizbullah döyüşçüləri olmaqla 227 nəfəri, həmçinin üçü jurnalist də daxil olmaqla 27 mülki sakin həlak olub. İsrail ordusunun məlumatına görə, İsrail tərəfində, şimal sərhəd bölgəsində 9 əsgər və 6 mülki olmaqla 15 nəfər həlak olub.
Döyüşlər həmçinin sərhədin hər iki tərəfində on minlərlə sakini didərgin salıb.