Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Xarici İşlər Nazirliyi İsrail rejiminin Livanın müxtəlif bölgələrinə qarşı apardığı hərbi təcavüzü qətiyyətlə pisləyib.

    AzerVoice xəbər verir ki, cümə günü yayılan açıqlamada nazirlik Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq icma və regional ölkələrin işğalçı rejimin hərbi təcavüzünə qarşı durmaq və bu rejimi məsuliyyətə cəlb edib cəzalandırmaq öhdəliyini vurğulayıb. Nazirlik İsrail rejiminin toxunulmazlığı və genişlənmə siyasətinin regionda sülh və təhlükəsizlik üçün təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edib.

    2025-ci ilin noyabr ayında atəşkəs razılaşmasından sonra İsrailin Livana qarşı həyata keçirdiyi hərbi hücumlar nəticəsində minə yaxın günahsız livanlı həlak olmuş və yaralanmış, infrastruktura və yaşayış ərazilərinə ciddi ziyan dəyib. Nazirlik qeyd edib ki, bu cinayətkar hücumlar müstəqil bir ölkənin milli suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır və beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi cinayətlər hesab olunur.

    Açıqlamada vurğulanıb ki, bu hücumlar ABŞ-ın tam dəstəyi və iştirakı ilə planlaşdırılıb və həyata keçirilib, bu da İsrail rejiminin cinayətkar, terrorçu və hökmran təbiətini bir daha ortaya qoyur. Hücumların əsas məqsədinin Livanın suverenliyini və təhlükəsizliyini zəiflətmək, ölkənin bərpası və inkişafını isə əngəlləmək olduğu qeyd olunub.

    İran Xarici İşlər Nazirliyi Livan xalqının bu qəddar hücumlar nəticəsində itkilərinə görə başsağlığı verərək, hökumət və xalqla həmrəyliyini bildirib. Nazirlik həmçinin Livanın qanuni müqavimətinə dəstəyini və ölkənin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün davam edən səylərini dəstəklədiyini təsdiqləyib.

    #BMT #Livan #İsrail və İran gərginliyi #İsrail və Livan münaqişəsi #İsrail Livan münasibətləri #Livan-İsrail münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran #İsrail İran münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqın sabiq prezidenti Bərhəm Salih BMT-nin Qaçqınlar üzrə Ali Komissarı seçilib

    12 Dekabr 2025 16:45

    İsrail Livana hava hücumları təşkil edib

    12 Dekabr 2025 13:08

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

    11 Dekabr 2025 12:13

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    Ərdoğan Türkmənistana səfər edəcək

    10 Dekabr 2025 15:16

    Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır

    9 Dekabr 2025 18:14

    İran nüvə proqramını davam etdirəcək və MAQATE çərçivələrinə riayət edəcək

    9 Dekabr 2025 14:34

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    8 Dekabr 2025 09:51

    BMT Konqo və Ruanda arasında imzalanan sülh razılaşmasını alqışlayıb

    6 Dekabr 2025 14:26

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.