Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Sudan, Türkiyə ilə qızıl mədənçiliyi sahələrində əməkdaşlıqda maraqlıdır

    15 Noyabr 2025 20:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Sudanın Maliyyə məsələləri üzrə dövlət naziri Məhəmməd Nur Əbdud-Dəim Əbdürrahim ölkəsinin yenidən qurulması prosesində Türkiyənin əsas tərəfdaşlardan biri olduğunu bildirib. AzerVoice xəbər verir ki, nazir türk KİV-lərə verdiyi müsahibə zamanı ölkəsinin əməkdaşlıq imkanları və prioritet istiqamətləri barədə məlumat verib.

    Əbdürrahim qeyd edib ki, 2025-ci ilin mayından etibarən Sudan mülki hökumət tərəfindən idarə olunur və Baş nazir postuna Kamil İdris təyin edilib. O bildirib ki, yeni hökumətin əsas vəzifələri əsas xidmətlərin bərpası,iqtisadi və institusional islahatlara start verilməsi, ölkədə sülh təşəbbüslərinin gücləndirilməsi kimi sahələri əhatə edir.

    Nazir 2023-cü ildən bəri davam edən qarşıdurmaların infrastruktur, körpülər, yollar, dövlət qurumları və biznes mühiti üçün ciddi çətinlik yaratdığını vurğulayıb. O bildirib ki, inflyasiya və işsizlik kəskin yüksəlib, xarici sərmayələr geri çəkilib, dövlət qurumları fəaliyyətini məhdudlaşdırmalı olub.

    Bununla belə, mülki hökumət bərpa proseslərini başladıb və artıq müəyyən nəticələr əldə olunub. Əbdürrahim əlavə edib ki, Xartuma qayıdışlar başlayıb, məktəblər fəaliyyətini bərpa edib, elektrik və su təchizatı böyük ölçüdə bərpa olunub, Xartum hava limanının yenidən qurulması üzrə işlər yekunlaşmaq üzrədir.

    Əbdürrahim Türkiyənin Sudan üçün strateji tərəfdaş olduğunu bildirib.

    “Türkiyə ilə Sudan arasında tarixi münasibətlər mövcuddur və biz bu əlaqələri yeni layihələrlə daha da gücləndirmək niyyətindəyik.”-deyə o deyib.

    Nazir infrastrukturun yenidən qurulması,körpülərin bərpası, şəhər təmizliyi və tullantı idarəçiliyi, yol tikintisi, dövlət qurumlarının bərpası, qızıl mədənçiliyi və ixracı kimi istiqamətlərdə Türkiyə şirkətləri ilə əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

    O əlavə edib ki, Xartumda dağıdılmış iki strateji körpü keçmişdə Türkiyə şirkətləri tərəfindən inşa edilib və onların yenidən tikintisində dəstəyə ehtiyac var.

    Nazir Türkiyə Eximbankın Sudan üçün uzunmüddətli tərəfdaş olduğunu və ölkədə bir sıra milli layihələri dəstəklədiyini xatırladıb.

    Sudanın təbii sərvətlərlə zəngin olduğunu bildirən Əbdürrahim hazırda ölkənin əsas ixrac sahəsinin qızıl olduğunu və bu sahədə Türkiyə ilə əməkdaşlıq imkanlarının araşdırıldığını deyib.

    “İxracat tərəfdaşlarımızı şaxələndiririk. Türkiyə də bu sahədə potensial aktorlardan biridir.”- nazir deyib.

    Nazir eyni zamanda Misir və Omanla da əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini bildirib.

    Sudanın qərbində, Sürətli Dəstək Qüvvələrinin nəzarətində olan Fəşir şəhərindəki vəziyyətə toxunan Əbdürrahim bildirib ki, bu regionun vəziyyəti paytaxt Xartumda aparılan yenidən quruculuq prosesinə təsir göstərməyəcək.

    #Sudanın yenidən qurulması #Sudan iqtisadi inkişaf #Sudan ordusu və RSF münaqişəsi #Sudanda humanitar böhran #Türkiyə Sudan münasibətləri #Məhəmməd Nur Əbdud-Dəim Əbdürrahim #Sudan Maliyyə Nazirliyi #Sudan mülki hökuməti #Sudan BƏƏ münasibətləri #Sudan qızıl mədənçiliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    G7 ölkələri Sudandakı hücumları qətiyyətlə pisləyib və dərhal atəşkəs çağırışı edib

    13 Noyabr 2025 12:02

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    10 Noyabr 2025 19:05

    Türkiyə ən çətin anda yanımızda oldu - Sudan

    10 Noyabr 2025 09:37

    Sudan bu gün bizə ehtiyac duyur - sabah gec ola bilər

    6 Noyabr 2025 12:58

    Sudanda zorakılıq və humanitar böhran hələ də davam edir

    4 Noyabr 2025 11:17

    Sudanda ölümün siması - Əbu Lülü kimdir?

    30 Oktyabr 2025 18:00

    Sudanda humanitar fəlakət: 177 min sakin hələ də mühasirədə

    30 Oktyabr 2025 16:30

    Darfura əlavə hərbi qüvvələr göndərilib

    30 Oktyabr 2025 15:26

    RSF Əl-Faşirdə “soyqırımı” törətməkdə ittiham olunur

    28 Oktyabr 2025 09:00

    Əl-Faşir - müharibənin yoxsa sülhün başlanğıcı?

    28 Oktyabr 2025 03:00

    Sudan 900 günlük döyüşdən sonra dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir

    24 Oktyabr 2025 13:01

    Sudan paytaxtı pilotsuz təyyarələrlə hücuma məruz qaldı

    15 Oktyabr 2025 13:35
    Demo
    XƏBƏR LENTİ

    İsrail tərəfindən təhvil verilən əsir nəşlərinin sayı 330-a çatıb

    Sudan, Türkiyə ilə qızıl mədənçiliyi sahələrində əməkdaşlıqda maraqlıdır

    SQL nədir və necə yarandı? – Sadə dildən peşəkar tarixə səyahət

    Bosniya müharibəsində insan ovu iddiaları üzrə istintaq başladılıb

    İlk yerli mühərrik 2030-cu ildə KAAN-a inteqrasiya olunacaq

    Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    Ali İmran surəsindən qeydlər

    Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

    Tacikistan prezidenti Özbəkistana rəsmi səfər edib

    İran Marşal Adaları bayrağı altında üzən neft tankeri ələ keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.