Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Ensiklopediya

    SQL nədir və necə yarandı? – Sadə dildən peşəkar tarixə səyahət

    15 Noyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Müasir dünyada məlumat olmadan nə iqtisadiyyat, nə texnologiya, nə də gündəlik həyat təsəvvür edilə bilər. Məlumat toplandıqdan, sistemləşdirildikdən və kompüterlərdə emal oluna biləcək formaya salındıqdan sonra bu məlumatlar artıq verilənlər bazası adlanır. Verilənlərlə idarəetmənin əsasında isə SQL dayanır.

    SQL-in doğuluşu

    Verilənlər bazası texnologiyasının əsası 1960-cı illərin əvvəllərində qoyulub. Bu dövrdə verilənlərin avtomatik idarə olunması üçün ilk proqram vasitələri yaranmağa başladı. 1969-cu ildə Edqar Frank Kodd münasibətli verilənlər modeli ideyasını irəli sürdü və bu, bütün müasir VBİS-lərin (verilənlər bazasının idarə edilməsi sistemləri) təməlini qoydu.

    IBM həmin ideyanı reallaşdıran ilk şirkət oldu. 1970-ci illərin əvvəllərində IBM System R adlı ilk münasibətli VBİS yaradıldı və sistemdə verilənləri idarə etmək üçün xüsusi sorğu dili – SEQUEL hazırlandı. Lakin hüquqi məhdudiyyətlər səbəbindən dilin adı dəyişdirilərək SQL – Structured Query Language oldu.

    1986-cı ildə SQL dilinin ilk beynəlxalq standartı ANSİ tərəfindən təsdiqləndi. Bu hadisə SQL-i dünya üzrə geniş tətbiq olunan vahid dilə çevirdi.

    Standartların inkişafı

    SQL dayanmadan inkişaf edib. 1986-cı ildən etibarən dilin yeni versiyaları ardıcıl qəbul olunub:

    SQL-89
    SQL-92
    SQL:1999
    SQL:2003
    SQL:2006
    SQL:2008
    SQL:2011

    Bu dəyişikliklər SQL-i daha güclü, funksional və müxtəlif platformalara uyğunlaşdırdı. Bu gün demək olar ki, bütün böyük verilənlər bazası sistemləri SQL standartlarına əsaslanır.

    SQL dialektləri haradan yarandı?

    SQL ilk olaraq yalnız sorğu dili idi – yəni informasiyanı seçmək, əlavə etmək və silmək üçün nəzərdə tutulmuşdu. Lakin SQL-də prosedur imkanların olmaması proqramçılar üçün məhdudiyyət yaradırdı. Buna görə böyük şirkətlər SQL əsasında öz dialektlərini yaratdılar.

    Oracle şirkəti SQL-ə əlavə imkanlar əlavə etdi:

    dəyişənlərlə işləmək
    funksiyalar, prosedurlar yazmaq
    triqqerlər yaratmaq
    dövrlər və şərt operatorları
    xəta email

    Beləliklə, PL/SQL yarandı. Bu, SQL-in prosedur proqramlaşdırma imkanına malik versiyasıdır və bu gün Oracle sistemlərinin əsas hissəsidir.

    T-SQL – Microsoft və Sybase-in versiyası

    1984-cü ildə Sybase şirkəti Transact-SQL üzərində işləməyə başladı. Daha sonra Microsoft ilə əməkdaşlıq edildi və nəticədə T-SQL meydana çıxdı. SQL Server sistemləri bu dildən istifadə edir. T-SQL də prosedur əmrlər, funksiyalar və triqqerlər yaratmağa imkan verir.

    Fərq nədir?

    SQL – standart sorğu dili
    PL/SQL – Oracle üçün genişləndirilmiş SQL
    T-SQL – Microsoft SQL Server üçün genişləndirilmiş SQL

    Çox vaxt SQL-də yazılmış kod hər iki dilə uyğun olur, ancaq PL/SQL və T-SQL arasında xüsusi fərqlər var və bəzi əmrlər birində işlədiyi halda digərində işləyə bilməz.

    1996-cı ildə SQL/PSM standartı qəbul edildi və SQL-ə prosedur proqramlaşdırma funksiyaları əlavə olundu. Bu tarixdən sonra SQL təkcə sorğu dili yox, həm də proqramlaşdırma dili sayılır.

    SQL yarandığı gündən bəri dinamik şəkildə inkişaf edir və bu gün dünyanın ən çox istifadə edilən verilənlər bazası dilidir. Onun genişlənmiş versiyaları olan PL/SQL və T-SQL isə proqramçılara mürəkkəb biznes məntiqi, avtomatlaşdırma və təhlükəsiz məlumat idarəetməsi imkanı yaradır.
    SQL – sadə sorğudan tutmuş böyük sistemlərin idarə edilməsinə qədər hər sahədə etibarlı vasitədir və verilənlərlə çalışan hər kəs üçün mütləq öyrənilməli dildir.

    #SQL nədir? #SEQUEL dili #PL/SQL #T-SQL #IBM System R #SQL standartları (SQL-92 #SQL-99 #SQL-2003 və s.) #SQL dialektləri #Edqar Frank Kodd #Structured Query Language
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    1 Fevral 2026 21:05

    İran mifologiyasında Pirzən Marku nədir?

    20 Dekabr 2025 18:00

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    SQL nədir və necə yarandı? – Sadə dildən peşəkar tarixə səyahət

    15 Noyabr 2025 20:00

    İran Mifologiyasında Agaş Div nədir?

    25 Oktyabr 2025 18:00

    Magiya nədir ?

    4 Oktyabr 2025 11:00

    Həşişilik nədir?

    21 Sentyabr 2025 12:53

    Fələk nədir?

    20 Sentyabr 2025 12:33

    Yoqa nədir?

    6 Sentyabr 2025 19:20

    Sikkə Nədir?

    23 Avqust 2025 18:50

    Daosizm Nədir?

    2 Avqust 2025 19:20

    İran Mifologiyasında Dərənc nədir?

    27 İyul 2025 11:49
    Demo
    XƏBƏR LENTİ

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.