Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Şiə siyasi cəbhəsində gərginlik: Seçki öncəsi İraqda yeni ittifaqlar

    23 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani qarşıdan gələn parlament seçkilərində ikinci dəfə hökumət başçısı olmaq arzusunu reallaşdırmaq istəyirsə, o zaman bu məqsədinə çatmaq üçün “siyasi ailəsinə” daxil olan güclü və təsirli qüvvə və fiqurlara arxalanmalıdır. Bu, onun əsas və inadkar rəqibi olan Nuri əl-Malikiyə qarşı mübarizədə vacib faktordur. Görünür, Sudani bu istiqamətdə artıq addımlar atmağa başlayıb və koordinasiya çərçivəsindəki bəzi əsas fiqurlara yaxınlaşaraq onlarla ittifaq qurmaq istəyir.

    Bağdad – Noyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində İraqda, xüsusilə də dövlət sisteminin formalaşmasında və idarəsində əsas rolu olan “şiə siyasi ailəsi” daxilində ilk siyasi bloklaşmaların əlamətləri görünməyə başlayıb.

    Seçki ərəfəsində İraq siyasətinin daimi xüsusiyyəti olan koalisiyaların və ittifaqların yenidən qurulması və dəyişməsi prosesi başlayıb. Bu cəhdlər ölkənin idarə olunması və vətəndaşların rifahının yaxşılaşdırılması deyil, daha çox hakimiyyətə sahib olmaq və vəzifələr əldə etmək uğrunda qısa müddətli mənafeyə əsaslanır.

    Gözlənilir ki, qarşıdakı seçkilər hökumət qurmaq və baş naziri seçmək imtiyazı uğrunda kəskin rəqabətlə müşayiət olunacaq. Hal-hazırkı baş nazir Sudani artıq seçkilərdə iştirak edəcəyini açıqlayaraq bu rəqabətin əsas tərəfinə çevrilib. Onun başlıca rəqibi isə sabiq baş nazir Nuri əl-Malikidir. Beləliklə, Sudani ikinci müddət üçün baş nazir olmaq istəyirsə, şiə siyasi ailəsi daxilində əl-Malikiyə qarşı güclü mövqeyi olan qüvvələrə ehtiyac duyur.

    Bu çərçivədə yeni bir siyasi blokun konturları üzə çıxmağa başlayıb. Bu blok hal-hazırkı baş nazir Sudaninin, keçmiş baş nazir əl-Malikiyə qarşı bir sıra məsələlərdə fikir ayrılığı olan və onunla həm dövlət, həm də vilayət hökumətlərindəki mövqelər uğrunda rəqabət aparan “şiə güclərinin” liderlərini birləşdirir. Məsələn, Bədr təşkilatının lideri Hadi əl-Amiri ilə Əl-Malikinin rəhbərlik etdiyi Hüquq Dövləti Koalisiyası arasında Diyala vilayətindəki yerli hökumətin rəhbərliyi ilə bağlı kəskin ixtilaflar davam edir.

    Əl-Amiri artıq bəzi siyasi dairələrin “Qərar” koalisiyası adı altında seçkilərə hazırlıq üçün yaratdığı yeni blokda iştirak edir. Bu ittifaq, ilk növbədə, Müqtəda əs-Sədrin hökumət qurmasının qarşısını almaq üçün yaradılmış koordinasiya çərçivəsinin artıq funksiyasını itirməsi səbəbilə dağılmaq üzrədir. Bu isə əvvəllər də mövcud olmuş şiə siyasi ittifaqının dağılması ssenarisini xatırladır – həmin ittifaq partiyalar və şəxslər arasında vəzifələr və imtiyazlar uğrunda yaranmış ziddiyyətlər səbəbilə parçalanmışdı.

    Yeni koalisiyaya ilkin mərhələdə Sudaniyə bağlı Fəratin hərəkatı, Hadi əl-Amiri və Həşdi-Şəbi təşkilatının rəhbəri Falih əl-Fəyaz daxildir.

    Bu üç şəxsi birləşdirən əsas məqsəd Nuri əl-Malikiyə qarşı durmaqdır. Əl-Maliki 2014-cü ildə baş nazir postunu tərk etməsinə baxmayaraq, hələ də böyük maliyyə imkanlarına, dövlət strukturlarına nüfuz imkanlarına malikdir və İranın və yerli silahlı-siyasi qollarının etimadını qazanan bir fiqurdur.

    Falih əl-Fəyaz üçün bu ittifaq, Həşdi-Şaabi rəhbəri olaraq öz vəzifəsini qorumaq və onu əlindən almağa çalışan, başda Qeys əl-Xəzəlinin rəhbərlik etdiyi Əhli Haqq qrupu olmaqla digər qurumlardan qorunmaq baxımından həyati əhəmiyyət daşıyır.

    Sudani kimi bir şəxsin Fəyaz və Amiri kimi önəmli fiqurları öz tərəfinə çəkməsi əl-Malikiyə çətinliklər yaradır. Xüsusilə də əl-Maliki, şiə milli hərəkatının lideri Müqtəda əs-Sədrin seçkiləri boykot etmək qərarını dəyişdirməsi üçün onu razı sala bilmədi. Bu isə əs-Sədrin geniş xalq bazasının səslərinin Sudaninin xeyrinə yönəlməsinə səbəb ola bilər.

    Səudani seçkilərə qatılmaqla, İraqın regional və beynəlxalq partnyorlarla, xüsusilə ABŞ-la balanslı əlaqələrini davam etdirəcəyini göstərmək istəyir. Bu, onun xeyrinədir. Əksinə, əl-Maliki ölkə daxilindəki sərin münasibətlər, Sədr hərəkatı ilə konfliktlər, Hikmət Cərəyanı ilə əlaqələrin zəifləməsi və kürd və sünni bloklar arasında etibar itkisi səbəbilə əlverişsiz mövqedədir.

    Əl-Maliki isə Sudaninin koordinasiya çərçivəsi daxilində güclü dəstək qazandığını görməkdən narahatdır. Bu isə onu liderlik mövqeyindən uzaqlaşdıra və qarşıdakı mərhələdə birinci namizəd statusunu riskə ata bilər.

    Mənbələr qeyd ediblər ki, Əmək naziri Əhməd əl-Əsədi və Seyyidüşşuhəda briqadasının lideri Əbu Alaa əl-Vəlai, həmçinin İraq Hizbullahın törəməsi olan Hüquq blokunun da koalisiyaya qoşulması ehtimalı var.

    #İraq #Bağdad #Məhəmməd Şia Əl-Sudani #İraq siyasəti #Nuri əl-Maliki və Sadr ittifaqı #Sadr Maliki münasibətləri #Bağdadın regional müharibədən çəkinməsi #Məhəmməd Şiə əs-Sudani Həşd mövqeyi #Məhəmməd Şiə əs-Sudani hansı siyasəti yürüdür? #Məhəmməd Şiə əs-Sudani seçkilər 2025 #Sudani namizədliyi #Sudani və ABŞ münasibətləri #İraqda siyasi böhran 2024 #İraqda hökumət quruculuğu #İraq Hizbullah fraksiyası #Əhməd əl-Əsədi siyasi mövqeyi #Seyyidüşşuhəda briqadası #Koordinasiya çərçivəsi nədir? #İraqda seçki ittifaqları necə formalaşır? #İraqda baş nazirlik uğrunda mübarizə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    OPEC+ neft hasilatını sabit saxlayacaq

    4 Yanvar 2026 17:08

    Türkiyədən İraqa kimyəvi maddə ixracı 1 milyard dolları keçib (ÖZƏL)

    30 Dekabr 2025 17:22

    Bu gün edam edilən Səddam Hüseyn kimdir?

    30 Dekabr 2025 14:17

    İraq Parlamenti, yeni sədr və müavinlərini seçmək üçün bir araya gəlib

    29 Dekabr 2025 17:51

    İran İraqa təbii qaz tədarükünü tam dayandırıb

    23 Dekabr 2025 19:02

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    16 Dekabr 2025 17:17

    Qazaxıstan və Türkmənistana etdiyim son səfərlər müsbət və konstruktiv nəticələr verdi - Pezeşkian

    13 Dekabr 2025 11:59

    İraqın sabiq prezidenti Bərhəm Salih BMT-nin Qaçqınlar üzrə Ali Komissarı seçilib

    12 Dekabr 2025 16:45

    Türkiyə nöqtəni qoyur: Suriya düyünü son həddə çatır

    11 Dekabr 2025 18:36

    Bağdad Beynəlxalq Hava Limanı 12 saatlıq fasilədən sonra yenidən açılıb

    11 Dekabr 2025 15:03

    Türkiyədən İraqa hazır geyim ixracı 572 milyon dolları keçib (ÖZƏL)

    11 Dekabr 2025 13:20

    İraq-Türkiyə arasında yeni elektron viza sistemi işə salınıb

    10 Dekabr 2025 17:25
    Demo
    XƏBƏR LENTİ

    Suriya Ordusu Fərat çayının qərbindəki ərazini hərbi zona elan edib

    Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub

    Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub

    Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib

    Prezident İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub

    Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb

    Keçən il Türkiyədən Çinə mebel ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Devlet Bahçeli İrandakı gərginliyin həm Türkiyəni, həm də bölgəni təhdid etdiyini bildirib

    Dmitri Medvedyev Qrenlandiyanın Rusiyaya birləşə biləcəyini iddia edib

    Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.