Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İranın təzyiqi, Sədrin qəti mövqeyi: Seçkilərdən tam imtina

    6 May 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    AzerVoice Analitik Təhlil Mərkəzi – İraqın tanınmış şiə lideri, Sədr hərəkatının rəhbəri Müqtəda Sədr növbəti parlament seçkilərinə qatılmaqdan imtina etdiyini bir daha açıq şəkildə bəyan edib. Bu açıqlama, onun adının dolayısıyla istifadə olunaraq seçkilərdə iştirak planlarını təkzib edən aydın mesaj kimi dəyərləndirilib. Eyni zamanda bu bəyanat İranın koalisiyalar arasında vasitəçilik cəhdlərinə də dolaylı cavab hesab olunur.

    Sədr bu sözləri atası Məhəmməd Məhəmməd Sadiq əs-Sədrin və iki qardaşının qətlə yetirilməsinin ildönümü mərasimində səsləndirib. O, çıxışında bildirib ki, hər hansı formada seçkiyə qatılmaq "günaha yardım" sayılır və bu prosesi legitim hesab etmir.

    “Susmağımız özü danışmaq deməkdir..Bu gün danışan zalimlərin və fəsad əhlinin ürəkləri əlimizdədir” – deyə Sədr vurğulayıb.

    O, tərəfdarlarını "qeyri-rəsmi və ya saxta siyahılar" ardınca getməməyə çağıraraq, bəzi şəxslərin onun adından danışmağa çalışdıqlarına və bunu rədd etdiyinə diqqət çəkib.

    İran təzyiqləri və "əvəzedici siyahılar" iddiaları

    Sədrin bu sərt çıxışı, son aylarda dövriyyədə olan və bəzi tərəfdarlarının onun adını daşımadan seçkilərə qeyri-rəsmi siyahılarla qatılmaq niyyətində olduqlarına dair xəbərlərə cavab kimi dəyərləndirilib. Bu iddialar, Sədrin daha əvvəl tərəfdarlarını seçki məlumatlarını yeniləməyə çağırması ilə əsaslandırılırdı.

    Lakin Müqtəda Sədr bu ehtimallara son qoyaraq bildirib:

    “Fəsad mövcud olduqca, hər hansı qüsurlu və yalnız məzhəbi-partiya maraqlarına xidmət edən seçkilərə qatılmayacağam.”

    Sədr aydın şəkildə bəyan edib ki, onun açıq mövqeyindən kənarda atılan hər bir seçki təşəbbüsü "qəbuledilməz manipulyasiya" sayılacaq.

    "Nə namizədlik, nə səsvermə": tərəfdarlara sərt xəbərdarlıq

    Sədr çıxışında tərəfdarlarına da müraciət edib:“Daha əvvəl onlara səs verməyi əmr etmişdimsə, bu gün onlara həm səs verməyi, həm də namizəd olmağı qadağan edirəm.”

    Bu açıqlama, onun nə adının, nə də kütləvi bazasının rəsmi və ya qeyri-rəsmi şəkildə siyasi sistemdə təmsil olunmasına razı olmadığını təsdiqləyir.

    İranın koordinasiya çərçivəsinə təzyiqi və Sədrin cavabı

    Sədrin bu sərt bəyanatı, İranın son vaxtlar koordinasiya çərçivəsindəki şiə qüvvələrinə təzyiq göstərərək Sədr hərəkatı ilə yaxınlaşmanı təşviq etməyə çalışması fonunda səsləndirilib. İddialara görə, Tehran Sədrin qayıdışını seçkilərə xalq dəstəyini artırmaq üçün fürsət kimi görür.

    Adının açıqlanmasını istəməyən siyasi mənbə bildirib:

    “İran 2024-cü ilin əvvəlindən bəri koordinasiya çərçivəsinin nüfuzunun azalmasından və seçkiyə marağın azalacağından narahatdır. Sədrin qayıdışı ilə bu boşluğun dolacağını düşünürdülər.”

    Lakin Müqtəda Sədrin son bəyanatı bu planların qarşısını almış olur.

    2018-dən sonra qırılan körpülər və davam edən təcrid siyasəti

    Xatırladaq ki, Müqtəda Sədr 2022-ci ilin iyun ayında siyasi proseslərdən çəkilmişdi. Həmin vaxt onun 73 millət vəkili parlamentdən istefa vermiş, bu da ölkədə siyasi tarazlığı ciddi şəkildə dəyişmişdi. O vaxtdan bəri Sədr sistem xaricində qalmağa üstünlük verir və korrupsioner adlandırdığı qüvvələrlə hər hansı tərəfdaşlığı rədd edir.

    Seçkilərin gələcəyi və legitimlik sualları

    Sədrin tərəfdarlarının geniş şəkildə səsverməni boykot etməsi seçki iştirakına ciddi təsir edə bilər. Bu isə yeni parlamentin legitimliyinə kölgə sala bilər, xüsusilə də əgər koordinasiya çərçivəsinin namizədləri Sədr hərəkatı olmadan üstünlük əldə etsələr.

    Sədrin imtinası sadəcə siyasi mövqe deyil

    Müqtəda Sədrin seçkilərə qatılmamaq qərarını bir daha vurğulaması təkcə siyasi bəyanat deyil, həm də daxili və xarici güclərə açıq mesajdır. O, sadiq kütləsinin səsini nə alver mövzusu, nə də vasitə kimi qəbul etmir. Sədr hərəkatı bu mövqeyi ilə bir daha göstərdi ki, xalq dəstəyi korrupsiyaya bulaşmış siyasi sistemdə deyil, təmiz mənəvi və sosial yolla ifadə olunmalıdır.

    #Müqtəda Əl-Sədr #Müqtəda əs-Sədrin yeni təlimatları #İraqda seçki boykotu #Müqtəda əs-Sədr seçkilərdən niyə çəkildi? #İraqda növbəti seçkilər nə vaxt olacaq? #Müqtəda əs-Sədrin seçki boykotu nə deməkdir? #Müqtəda əs-Sədrin İranla münasibətləri #İraqda seçkiləri kim qazanacaq? #İraqda seçki islahatlarına kim mane olur? #Müqtəda əs-Sədr seçkilər #İraqda seçki ittifaqları necə formalaşır? #Müqtəda Sədr seçki qərarı #Sədr hərəkatı seçkiləri boykot edir #İraqda seçki böhranı #Koordinasiya çərçivəsi və İran təzyiqi #Sədr hərəkatı və siyasi təcrid #İraqda şiə siyasi parçalanması #Sədrin tərəfdarlarının boykotu #İraqda seçki iştirak faizi #İran-İraq siyasi münasibətləri #Məhəmməd Sadiq əs-Sədrin ildönümü #Sədrin korrupsiyaya qarşı mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    13 Oktyabr 2025 03:00

    Tehran İraqda mövqelərini itirir, amma hələ oyundan çıxmayıb

    12 Oktyabr 2025 15:00

    İraqda Səddam Hüseyn adı belə qorxu yaradıb - parlament seçkilərindən Səddam Hüseyn adlı namizəd kənarlaşdırıldı

    10 Oktyabr 2025 07:47

    Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

    8 Oktyabr 2025 02:00

    İsrail–İran müharibəsindən sonra Bağdad–Vaşinqton münasibətləri

    7 İyul 2025 09:32

    Sədr İraq seçkilərində necə və nə vaxt iştirak edəcək?

    5 İyul 2025 20:00

    İran İraqdakı nüfuzunu itirməkdən və ABŞ-ın dəstəklədiyi bir üsyandan ehtiyat edir

    3 İyul 2025 09:00

    İraq hökuməti və İranpərəst milislər arasında ortaq mövqe: Ölkənin maraqları İranla məsafə saxlamağı tələb edir

    15 İyun 2025 12:00

    Vəkalət müharibəsinin sonu: İranın müttəfiqləri susur

    14 İyun 2025 05:38

    Müqtəda əs-Sədr, Əhməd əş-Şəraa ola biləcəkmi?

    11 İyun 2025 12:00

    Şiə siyasi cəbhəsində gərginlik: Seçki öncəsi İraqda yeni ittifaqlar

    23 Aprel 2025 09:00

    Sudaninin seçkilərə namizədliyi Malikinin gələcək liderlik planlarını alt-üst edir

    18 Aprel 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    İsrail qüvvələri atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində 83 fələstinli məhbusu azad edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    Ankaranın paytaxt elan edilməsindən 102 il ötür

    ABŞ Prezidenti Donald Tramp atəşkəsdən sonra İsrailə səfər edib

    Qəssam Briqadaları atəşkəsin birinci mərhələsində 20 israilli girovu azad edəcək - HƏMAS

    Türkiyə limanları 47 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi

    Ərdoğan Misirə rəsmi səfər edəcək

    Türkiyə və Gürcüstan Kocaelidə qarşılaşır

    Sivas Universiteti cərrahi alət satın alacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.