Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib

    18 Oktyabr 2025 18:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Məxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqi “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib. Tədbir, Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutub.

    Tədbirdə Fondun prezidenti xanım Aktotı Raimkulovanın adından təşkilatın layihə rəhbəri Leyla Həsənova çıxış edərək bildirib ki, “Məxdumqulu Fəraqi türkmən ədəbiyyatının böyük klassiki olmaqla yanaşı, ümumtürk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin təcəssümüdür. 2024–2025-ci illər üçün YUNESKO-nun Yubiley Təqviminə daxil edilmiş Məxdumqulu Fəraqinin 300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunması onun irsinə göstərilən dərin hörmətin bariz nümunəsidir. Həmçinin şairin əlyazmalarının YUNESKO-nun “Dünyanın yaddaşı” reyestrinə daxil edilməsi onun yaradıcılığının bəşəri əhəmiyyətini təsdiqləyir”.

    Təqdimat mərasimində həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi nəşrlər” şöbəsini müdiri Töhfə Talıbova (onlayn), Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Türkmənistanın Məxdumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun baş direktoru Davud Orazsahedov çıxış edərək, Məxdumqulu Fəraqinin yaradıcılığının yalnız öz dövrünün deyil, həm də bütün türk dünyasının mənəvi-ədəbi simvoluna çevrildiyini, poeziyasında insanlıq, vətənpərvərlik, ədalət və birliyə çağırış kimi bəşəri dəyərləri tərənnüm etdiyini vurğulayıblar.

    Tədbirdə Türkmənistanın mədəniyyət və elm qurumlarının nümayəndələri, Məxdumqulu Türkmən Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, Türkmənistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və KİV təmsilçilərinin iştirak ediblər.

    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib
    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib
    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib
    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib
    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib
    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib
    Beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib
    #Aşqabad #YUNESKO #Türkmənistan #Türk Mədəniyyəti və İrsi Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    7 Dekabr 2025 17:00

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Naziri Arasında görüş baş tutub

    5 Dekabr 2025 18:22

    Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib

    2 Dekabr 2025 23:22

    Türkiyədən Türkmənistana tekstil ixracı artıb (ÖZƏL)

    30 Noyabr 2025 17:00

    Türkiyədən Türkmənistana sement ixracı artıb (ÖZƏL)

    29 Noyabr 2025 16:00

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan Respublikasının Xarici İşlər Naziri ilə görüşüb

    29 Noyabr 2025 13:40

    Türkiyədə Türkmənistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

    29 Noyabr 2025 11:00

    Azərbaycan tamaşaları Türkmənistanda xarici klassiklər həftəsində nümayiş olunacaq

    28 Noyabr 2025 15:15

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    28 Noyabr 2025 12:01

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan Respublikasının Ədliyyə Naziri ilə bir araya gəlib

    28 Noyabr 2025 10:55

    Astanada İncəsənət Muzeyinin təntənəli açılışı və ustad sənətkarların hazırladığı musiqi alətlərinin rəsmi təqdimatı keçirilib

    25 Noyabr 2025 20:12

    Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib

    25 Noyabr 2025 11:32
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.