Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib

    18 Oktyabr 2025 18:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallığının 30 illiyinin qeyd olunması çərçivəsində baş tutub.

    Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova bütün iclas iştirakçılarını salamlayaraq Fondun prezidenti xanım Aktotı Raimkulovanın rəsmi təbrik məktubunu oxuyub: “Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Türkmənistanın Fondun müşahidəçi dövlət statusunda rəsmi olaraq qəbul edilməsi olduqca sevindirici haldır. Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fondu ailəsinin üzvü olmasından böyük şərəf duyuruq”.

    Məktubun davamında qeyd olunub: “Mahmud Kaşğarinin dünya filologiyasına və türk mədəni irsinə töhfəsi olduqca dəyərlidir. ‘Divani Lüğət ət-Türk’ sadəcə bir lüğət deyil, ümumtürk dilinin, düşüncəsinin və həyat fəlsəfəsinin ensiklopediyasıdır. Bu, danılmaz bir faktdır,” – deyə xanım Aktotı Raimkulovanın fikirləri məktubda əks olunub.

    Leyla Həsənova eyni zamanda Fondun fundamental əsərin 950 illik yubileyinə həsr olunmuş fəaliyyəti istiqamətlərindən söz açıb.

    Plenar iclasda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli (onlayn), Türkmənistanın YUNESKO üzrə Milli Komissiyasının məsul katibi, Türkmənistanın Qəhrəmanı, fəlsəfə elmləri namizədi Çınar Rüstemova çıxış edərək Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin türk dünyasının mənəvi və elmi irsində tutduğu əvəzsiz roldan danışıblar.

    Konfrans 2 sessiyadan – “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” və “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin filologiyaya qazandırdığı töhfələr” ibarət olub.

    Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən qatılmış yüksək səviyyəli alimlərin iştirakı ilə Mahmud Kaşğarinin əsərinin filoloji və mədəni əhəmiyyəti, onun humanitar elmlərin inkişafında rolu xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfə müzakirə olunub.

    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
    Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
    #Aşqabad #Türkmənistan #Türk Mədəniyyəti və İrsi Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    7 Dekabr 2025 17:00

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Naziri Arasında görüş baş tutub

    5 Dekabr 2025 18:22

    Türkiyədən Türkmənistana tekstil ixracı artıb (ÖZƏL)

    30 Noyabr 2025 17:00

    Türkiyədən Türkmənistana sement ixracı artıb (ÖZƏL)

    29 Noyabr 2025 16:00

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan Respublikasının Xarici İşlər Naziri ilə görüşüb

    29 Noyabr 2025 13:40

    Türkiyədə Türkmənistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

    29 Noyabr 2025 11:00

    Azərbaycan tamaşaları Türkmənistanda xarici klassiklər həftəsində nümayiş olunacaq

    28 Noyabr 2025 15:15

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    28 Noyabr 2025 12:01

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan Respublikasının Ədliyyə Naziri ilə bir araya gəlib

    28 Noyabr 2025 10:55

    Astanada İncəsənət Muzeyinin təntənəli açılışı və ustad sənətkarların hazırladığı musiqi alətlərinin rəsmi təqdimatı keçirilib

    25 Noyabr 2025 20:12

    Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib

    25 Noyabr 2025 11:32

    Bakıda ilk dəfə TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu keçirilir

    24 Noyabr 2025 11:15
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.