Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Yaxın Şərqdə Müharibə: İran–İsrail Qarşıdurmasının Mümkün Ssenariləri

    18 İyun 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin İrana qarşı başladığı hərbi müdaxilə, onun bölgədə 1967-ci il müharibəsindəki kimi tək dominant güc statusunu yenidən qazanmaq cəhdidir. Bu müharibə, xüsusilə "Əqsa tufanı" əməliyyatı ilə sarsılan İsrail cəmiyyətinin dövlətinə olan etimadını bərpa etməyə və beynəlxalq arenada zəifləyən nüfuzunu gücləndirməyə yönəlib.

    İsrailin zəifləməsi, İranın yüksəlişi

    1990-cı illərin əvvəlindən başlayaraq İsrailin regional rolu azalmağa başlamışdı. Bu prosesə təsir edən əsas amillər bunlardır: Sovet İttifaqının dağılması, Fələstinlə sülh prosesinin başlaması və ABŞ-ın Səddam Hüseynin ordusunu Küveytdən çıxarması. Həmin dövrdə İsrailin hərbi müdaxilə imkanı da məhdudlaşdırılmışdı.

    Lakin İsrailin zəifləməsinin əsas səbəbi, ABŞ-ın 2003-cü ildə İraqdakı rejimi devirməsi və nəticədə İranın bu ölkədəki nüfuzunun artması oldu. İran, İraqda və digər ərəb ölkələrində şiə milisləri və siyasi qolları vasitəsilə güclü təsir sahəsi qazandı. Bu nüfuz təkcə ərəb ölkələri ilə müqayisədə deyil, Türkiyə və İsrailə qarşı da İranı ən aktiv regional oyunçuya çevirdi.

    İranın öz gücünü səhv dəyərləndirməsi

    İran hakimiyyəti öz gücünü və əhatə dairəsini həddən artıq şişirtmişdi. Onlar ABŞ və İsraili zəifləyən güclər kimi görür, öz nüvə və raket proqramlarını, regiondakı milislərlə təsir dairəsini artıraraq regiona hökm etməyə çalışırdı. Lakin bu yanaşma reallıqdan uzaq idi. Müasir müharibədə əsas rol oynayan texnologiya, iqtisadiyyat və beynəlxalq müttəfiqlik sahəsində İran olduqca geridə qalırdı.

    Bundan başqa, İranın bölgədə yaratdığı gərginlik – xüsusilə Fars Körfəzi ölkələri ilə münasibətlərdə – ona qarşı düşmənçilik mühiti yaratdı. İranın “Amerikaya ölüm” və “İsrailə ölüm” kimi şüarları fonunda, əslində ABŞ-ın Əfqanıstan və İraq işğallarında iştirak etmiş və Suriyada Əsəd rejimini müdafiə etmişdi. Bu isə onun “müqavimət” və “Fələstin davası” adı altında yürütməyə çalışdığı ideoloji örtüyü tamamilə ifşa etdi.

    “Əqsa Tufanı”: ABŞ-İsrail–İran əməkdaşlığının sonu

    HƏMAS-ın həyata keçirdiyi "Əqsa Tufanı" əməliyyatını İsrail öz varlığına qarşı təhdid kimi təqdim edərək, “müqavimət oxuna” qarşı genişmiqyaslı hücumlar üçün zəmin hazırladı. Məqsəd isə yalnız İranın nüvə və raket imkanlarını yox etmək deyil, onun regional təsir gücünü tamamilə məhv etmək və gələcəkdə rejimin süqutuna şərait yaratmaqdır.

    Uzunmüddətli Müharibə ehtimalları və mümkün nəticələr

    İsrailin bu müharibədəki məqsədləri birdən çoxdur:
    İranın nüvə proqramını tamamilə məhv etmək
    Ballistik raket imkanlarını sıradan çıxarmaq
    Livan, Yəmən və İraqdakı şiə milislərinə hərbi və maliyyə yardımını kəsmək
    Nəhayət, İran rejimini zəiflədib son nəticədə süquta yaxınlaşdırmaq

    Lakin bu məqsədlərin həyata keçməsi ABŞ-ın mövqeyindən asılıdır. İsrailin qərarları strateji baxımdan ABŞ tərəfindən təsdiqlənməsə, istənilən nəticəyə çatmaq çətin olacaq.

    İran isə ilk dəfədir ki, İsrail ilə birbaşa hərbi qarşıdurmaya girib. Əvvəllər sadəcə regional milis qrupları ilə dolayı şəkildə İsrailə təzyiq göstərirdi. İndi isə vəziyyət fərqlidir – çünki bu qarşıdurma İran rejiminin mövcudluğunu müəyyən edə bilər.

    Hər iki tərəfin üstünlükləri və zəiflikləri

    İsrailin texnoloji, kəşfiyyat və hava gücü üstünlüyü aydın görünür. İranın isə geniş ərazi, böyük əhali və təbii resursları olsa da, bunlar birbaşa hərbi üstünlük kimi çıxış edə bilmir. İsrailin dəstəkləndiyi beynəlxalq alyans – xüsusilə ABŞ – ona strateji üstünlük verir. İranın isə bu səviyyədə heç bir müttəfiqi yoxdur – nə Rusiya, nə də Çin onu hərbi baxımdan açıq şəkildə müdafiə edir.
    Bu gün İsrail və İran arasındakı qarşıdurma sıfır məbləğli oyundur. Hər iki tərəf, qarşı tərəfin tam məğlubiyyəti ilə nəticələnməyən heç bir kompromisi qəbul etməyəcək. İsrail Netanyahunun rəhbərliyində bu fürsəti qaçırmaq istəmir. İran isə 45 illik İslam Respublikası rejiminin legitimliyini bu savaşda qorumağa çalışır.

    Sonda bu müharibənin taleyi iki əsas faktora bağlıdır:
    Hansı tərəf daha tez “yorulacaq” və daxili ictimai təzyiqlərlə geri çəkiləcək
    ABŞ-ın bu münaqişəyə hansı formada müdaxilə edəcəyi – siyasi təzyiq, diplomatik razılaşma, yoxsa hərbi dəstək

    #Türkiyə #İsrail #İran #Küveyt #ABŞ #HƏMAS #Suriya #Hizbullah #Yaxın Şərq #Bəşər Əsəd #Səddam Hüseyn #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və İran gərginliyi #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #İsrail hücumları #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #Hizbullah və İsrail döyüşləri #HƏMAS-ın mövqeyi #İran və İsrail kəşfiyyat savaşı #HƏMAS İsrail münaqişəsi #İsrail və İran arasında artan gərginlik #HƏMAS və İsrail münaqişəsi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #Hizbullah və İran əlaqəsi #Əqsa Tufanı əməliyyatı #İsrail HƏMAS liderlərini necə öldürdü #İsrail İran hücumu 2025 #İran İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    2 Fevral 2026 16:53

    Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

    2 Fevral 2026 13:52

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    ABŞ təzyiqləri gücləndikcə kubalılar ağır həyat şəraiti ilə üz-üzə qalır

    31 Yanvar 2026 15:42

    Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

    31 Yanvar 2026 15:21

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    NATO Rusiya gəmilərini PUA-lar ilə izləməyə başlayıb

    31 Yanvar 2026 11:08
    Demo
    XƏBƏR LENTİ

    “Sahibkar” anlayışını kim formalaşdırıb?

    Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    Tarixdə bu gün - 3 fevral

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.