Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    2 Fevral 2026 22:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqə rəsmi səfərlərinin tarixləri açıqlanıb.

    AzerVoice xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.

    Məlumata görə, Ərdoğanın ilk dayanacağı olan Səudiyyə Ərəbistanında görüşlər vəliəhd şahzadə Məhəmməd bin Salmanin dəvəti ilə Riyad şəhərində keçiriləcək. Danışıqlarda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq əlavə addımlar, eləcə də regional və qlobal proseslər müzakirə olunacaq.

    Riyad səfərindən sonra Türkiyə Prezidenti Misir Ərəb Respublikasına yollanacaq. Burada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüş planlaşdırılır. Görüş çərçivəsində Türkiyə–Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçiriləcək və iclasa iki ölkə liderləri birgə sədrlik edəcəklər.

    Qeyd olunur ki, Qahirədə keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, regional böhranlar da gündəmdə olacaq. Xüsusilə Fələstin məsələsi, Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq proseslər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

    Bundan əlavə, səfər proqramı çərçivəsində Türkiyə–Misir İş Forumunun təşkili planlaşdırılır. Prezident Ərdoğanın forumda iştirak edərək iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı mesajlar verməsi gözlənilir.

    #Ərdoğan fevralda Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək #Türkiyə Prezidentinin Yaxın Şərq səfərlərinin tarixi açıqlanıb #Ərdoğan Riyad və Qahirədə yüksək səviyyəli görüşlər keçirəcək #Türkiyə–Səudiyyə və Türkiyə–Misir münasibətlərində yeni mərhələ #Fələstin və iqtisadiyyat Ərdoğanın səfər gündəmində #Türkiyə Prezidentindən regiona diplomatik çıxış #Erdoğan Suudi Arabistan ve Mısır’a resmi ziyaret yapacak #Türkiye Cumhurbaşkanı Şubat’ta Riyad ve Kahire’de #Türkiye–Suudi Arabistan ve Türkiye–Mısır temasları #Filistin ve ekonomi Erdoğan’ın gündeminde #Erdoğan’dan bölgesel diplomasi hamlesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    18 Fevral 2026 14:31

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Türkiyədə işsizlərin sayı azalıb

    18 Fevral 2026 11:53

    Ankarada terror əməliyyatı: 4 şübhəli, 6 məhkum saxlanılıb

    18 Fevral 2026 10:32

    ROKETSAN Səudiyyə Ərəbistanında sənaye ekosistemini təqdim edib

    18 Fevral 2026 09:46

    İsrailin Somalilendi tanımasının Somalilendə faydası yoxdur - Prezident Ərdoğan

    17 Fevral 2026 21:07

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    17 Fevral 2026 12:32

    Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat: 18 nəfər saxlanıldı

    17 Fevral 2026 09:45

    KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər - Ərdoğan

    5 Fevral 2026 14:46
    XƏBƏR LENTİ

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.