18
Bakı. AzerVoice
Ötən gecə İsrailin İrana hərbi hava hücumu nəticəsində İranın bir neçə alimi və hərbi komandanı ölüb.
AzerVoice-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, İsrail bu hücumda İranın yaşayış massivlərini hədəf alıb.
İran lideri bu hücuma cavab veriləcəyini bildirib.
Qeyd edək ki, İsrailin İrana hava hücumu nəticəsində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salaminin öldüyü bildirilir.