Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Körfəzə Geri Dönüş: Donald Trampın Ər-Riyada Strateji Səfəri

    12 May 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri, iki ölkə arasında tarixi tərəfdaşlığın yeni mərhələsinə keçid baxımından mühüm məqam olacaq. Bu səfər çərçivəsində ikitərəfli əməkdaşlıq genişlənəcək, iri investisiya və ticarət sazişləri imzalanacaq, eyni zamanda ABŞ-ın İran və Çinlə gərginliklərinin azaldılması hədəflənəcək.

    Trampın Ər-Riyada səfərində onu bir sıra aparıcı maliyyə və texnologiya şirkətlərinin rəhbərləri müşayiət edəcək. Bunlar arasında "BlackRock"un icraçı direktoru Lerri Fink, "Citi Group"dan Cin Freyzer, "Blackstone"dan Stiv Şvartsman, "Franklin Templeton"dan Cinni Conson, "Alphabet"dən Rut Borat, "IBM" şirkətinin rəhbəri Arvind Krişna və "Qualcomm"dan Kristian Amon var.

    Trampın səfər etdiyi gün — 13 may tarixində, Səudiyyə-ABŞ İnvestisiya Forumunda bu şəxslərin də iştirakı gözlənilir. Forumda Trampın vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanla görüşü planlaşdırılır. Bu, Trampın ötən ay Papa Fransiskin dəfn mərasimində iştirakından sonra xaricə etdiyi ikinci səfər olacaq. Trampın növbəti dayanacaqları Qətər və Birləşmiş Ərəb Əmirlikləridir.

    OPEK-in keçmiş müşaviri və enerji üzrə ekspert Naci Əbi Ad səfərin əsas məqsədinin ittifaqın real iqtisadi razılaşmalara çevrilməsi olduğunu bildirib. Onun sözlərinə görə, "Tramp münasib qiymətə neft və ABŞ iqtisadiyyatına iri investisiyalar, xüsusilə də müdafiə sazişləri istəyir. Səudiyyə isə mülki və hərbi texnologiya, süni intellekt və dinc nüvə enerjisi sahəsində ABŞ texnologiyasını əldə etmək niyyətindədir."

    Bu niyyət, şahzadə Məhəmməd bin Salmanın başladığı və neftdən asılılığı azaltmağı hədəfləyən “2030 vizyonu” proqramı çərçivəsində Səudiyyənin turizm, texnologiya, enerji, sənaye, nəqliyyat və idman sektorlarını inkişaf etdirmək istəyi ilə uzlaşır.

    Trampın səfər edəcəyi üç Körfəz ölkəsinin — Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin suveren sərvət fondları birlikdə 2,5 trilyon dollardan çox aktivə nəzarət edir. Tramp bu ölkələrdən ABŞ-a investisiya cəlb etməklə ABŞ-da sənaye imkanlarını bərpa etməyi planlaşdırır.

    Səudiyyə və BƏƏ-nin elan olunmuş investisiyaları

    Səudiyyə Ərəbistanı önümüzdəki dörd il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoyacağını açıqlayıb. BƏƏ isə on il ərzində 1,4 trilyon dollar həcmində investisiya planı təqdim edib. Tramp Səudiyyənin investisiyalarını 1 trilyon dollara çatdırmaq niyyətindədir.

    Oksford Enerji Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Bill Farren-Price bildirir ki, səfər zamanı silah satışları mühüm rol oynayacaq. Dövlət Departamenti Trampın səfərindən öncə, ABŞ-ın Səudiyyə Ərəbistanına 3,5 milyard dollarlıq silah satışını təsdiqlədiyini açıqlayıb. Səudiyyə, ABŞ tərəfindən "siyasi sabitliyə və iqtisadi inkişafına töhfə verən tərəfdaş" kimi tanınır.

    Səudiyyənin nüvə sənayesinin inkişafı

    ABŞ Enerji naziri Kris Rayt ötən ay Ər-Riyada etdiyi səfər zamanı bildirmişdi ki, ABŞ və Səudiyyə sivil məqsədli nüvə sənayesinin inkişafı üzrə ilkin əməkdaşlıq sazişi imzalamaq niyyətindədirlər. Bu, 2030 Vizyonunun bir hissəsidir və ölkənin enerji sektorunda bərpa olunan mənbələrin payını artırmaq və nüvə enerjisindən istifadəni inkişaf etdirmək məqsədi daşıyır.

    Trampın səfəri çərçivəsində ABŞ və Səudiyyənin neft bazarına dair baxışlarının yaxınlaşması da gündəmdədir. Tramp, sələfi Co Baydenin dövründə qəbul edilən karbon emissiyalarını azaltmaq üçün tətbiq olunan fosil yanacaq məhdudiyyətlərini ləğv edib. Yeni administrasiya neft və qaz hasilatında məhdudiyyətləri yumşaldıb və bu, OPEK+ ölkələri üçün əlverişli mühit yaradıb. OPEK+ (OPEK ölkələri və Rusiya, Azərbaycan, Qazaxıstan kimi digər ixracatçılar) may və iyun aylarında neft hasilatını artırmaq qərarına gəlib ki, bu da qlobal ticarətdəki yavaşlamanın enerji tələbatını azaldacağı gözləntisi fonunda qiymətlərin aşağı səviyyədə qalmasını təmin edib.

    2025-ci ilin qalanında neftin qiyməti: 60 dollar

    5 mayda “Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu OPEK+ qərarları səbəbilə aşağı salıb. Bank Brent markalı neftin 2025-ci ilin qalanında orta qiymətinin 60 dollar, 2026-cı ildə isə 56 dollar olacağını proqnozlaşdırır. Hazırda neft 62 dollar səviyyəsindədir ki, bu da son 4 ilin ən aşağı göstəricilərindəndir.

    “Bloomberg” analitikləri Ziyad Daud və Dina İsfəndiyari qeyd edir ki, OPEK+ ölkələrinin gəlirlərinin azalmasına səbəb olan bu qərarın arxasında Donald Trampın rolu böyükdür. Trampın əsas hədəfi inflyasiyanı cilovlamaqdır. ABŞ-ın Federal Ehtiyat Sistemi faiz dərəcələrini aşağı salmaq və iqtisadi artımı stimullaşdırmaq üçün inflyasiyanın azalmasını əsas şərt sayır.

    Səudiyyənin büdcəsi: daha yüksək neft qiymətinə ehtiyac var

    Beynəlxalq Valyuta Fondunun (IMF) hesablamalarına görə, Səudiyyənin büdcə balansı üçün 90 dollar/barrel qiymət tələb olunur. 2025-ci ilin ilk rübündə Səudiyyənin büdcə kəsiri 58,7 milyard rial (15,7 milyard dollar) olub. Bu, 2021-ci ilin sonlarından bəri ən yüksək göstəricidir və hökumətin 2025 üçün gözlədiyi 101 milyard riallıq kəsirin yarısından çoxudur.

    Trampın səfərinin siyasi konteksti

    Qeyd edək ki, Trampın səfəri İranın əvvəlki illərlə müqayisədə region üçün daha az təhlükə təşkil etdiyi bir dövrə təsadüf edir. Mart 2023-cü ildə Səudiyyə və İran arasında Çin vasitəçiliyi ilə münasibətlərin normallaşmasına dair saziş imzalanıb və bu proses davam edir.

    Bu müddət ərzində İsrail “Hizbullah”ın Livandakı rəhbərliyini zərərsizləşdirib, Bəşər Əsəd rejimi Türkiyənin dəstəklədiyi müxalif qüvvələrin təzyiqi ilə zəifləyib. Husilər ABŞ və İsrailin gündəlik hava zərbələri ilə sıxışdırılır. ABŞ və husilər arasında beynəlxalq logistik xətlərin hədəf alınmasının dayandırılması ilə bağlı razılaşma əldə olunub.

    Lakin İsrail-Fələstin münaqişəsində irəliləyiş gözlənilmir. Trampın dövründə imzalanan İbrahim Razılaşmalarının genişlənməsi də real görünmür. İsrailin baş naziri Netanyahu Fələstin dövlətinin yaradılmasına qarşı çıxır və bu da Oksford Enerji İnstitutundan Farren-Price-in sözləri ilə desək, “iki dövlətli həll yanaşmasının mümkünsüzlüyü səbəbindən İbrahim Razılaşmalarına alternativ axtarışları əngəlləyir.”

    Tramp Qəzzada atəşkəs və Ukrayna ilə bağlı razılaşma əldə etməyə maraq göstərsə də, hələ konkret nəticə yoxdur. Farren-Price bildirir ki, ABŞ-ın əsas diqqəti İranın nüvə proqramına nəzarət məsələsində cəmlənib.

    Körfəz ölkələri: ABŞ-ın strateji tərəfdaşı

    “Chatham House” beynəlxalq münasibətlər institutunun tədqiqatçısı Lina Xətib vurğulayır ki, Körfəz ölkələri ABŞ və Çin arasında balanslı mövqe tutur. Çin dünyanın ən böyük neft idxalçısı və sənaye məhsulları ixracatçısı kimi regionda əsas ticarət tərəfdaşına çevrilib.

    “Körfəz ölkələri strateji olaraq diplomatik və iqtisadi əlaqələrini diversifikasiya ediblər. Onlar bir tərəfdən Vaşinqtona yaxın qalmağa, digər tərəfdən isə Pekinlə əməkdaşlığı gücləndirməyə çalışırlar.” Bu strategiya Səudiyyə, Qətər və BƏƏ-nin milli vizyonlarını reallaşdırmağa və qlobal nüfuzlarını artırmağa kömək edir.”- deyə Xətib bildirib.

    Trampın səfəri bu strategiyanın doğruluğunu sübut edir, çünki Körfəz ölkələri ABŞ-Çin ticarət müharibəsinin həllində körpü rolunu oynaya bilər.

    Səudiyyənin Ukrayna-Rusiya münaqişəsində vasitəçi rolu

    Ər-Riyad Ukrayna və Rusiya arasında neytral mövqe tutaraq hər iki tərəflə münasibətləri qoruyub saxlayır. “OPEK+” çərçivəsində Rusiya ilə əməkdaşlıq davam etdirilir, eyni zamanda Səudiyyə Ukraynaya humanitar yardım göstərmiş və prezident Zelenskini qəbul etmişdi.

    2024-cü ilin fevralında Səudiyyə ABŞ və Rusiya arasında Ukrayna müharibəsi başladıqdan sonra ilk birbaşa danışıqlara ev sahibliyi edib. Martda isə amerikalı və ukraynalı rəsmilərin görüşləri Ər-Riyada davam etdirilib.

    Trampın bu səfəri ABŞ-Körfəz münasibətlərinə qarşılıqlı fayda gətirəcək, siyasi və iqtisadi sahədə konkret nəticələr verəcək və Körfəz ölkələrinin artan qlobal rolunu daha da möhkəmləndirəcək.

    #Məhəmməd bin Salman #Əbdüləziz bin Salman #Səudiyyə 2030 Vizyonu #2030-cu ildə uşaq əhalisi nisbəti #Vision 2030 Səudiyyə #Səudiyyə və ABŞ münasibətləri #Vision 2030 planı Səudiyyədə nələri əhatə edir #Donald Trampın Səudiyyə səfəri #ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri #Tramp və Məhəmməd bin Salman görüşü #ABŞ Körfəz siyasəti #Trampın Yaxın Şərq strategiyası #ABŞ-Səudiyyə iqtisadi əməkdaşlığı #ABŞ-Çin rəqabəti Körfəzdə #ABŞ-İran gərginliyi #ABŞ və Körfəz ölkələri tərəfdaşlığı #Səudiyyə ABŞ silah sazişi #ABŞ-Çin ticarət müharibəsi #Səudiyyənin nüvə proqramı #Tramp və enerji siyasəti #OPEK+ və ABŞ münasibətləri #Körfəz ölkələrinin geosiyasi rolu #ABŞ-İsrail-Fələstin siyasəti #Körfəz ölkələrinin Çinlə əlaqələri #Səudiyyə Ukrayna-Rusiya münaqişəsində
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    10 Noyabr 2025 18:28

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Ənənəvi evlər və fermalar Əl-Qasımda ilboyu fəaliyyət göstərən turizm mərkəzlərinə çevrilir

    9 Noyabr 2025 17:03

    Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

    9 Noyabr 2025 02:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Türkiyə olmasaydı, Qəzza atəşkəsi mümkün olmazdı - Tom Barak

    1 Noyabr 2025 20:56

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    31 Oktyabr 2025 21:45

    Qrossi ölkənin nüvə proqramının sülh məqsədli olduğunu yaxşı bilir - İran XİN

    30 Oktyabr 2025 15:56

    Səudiyyə Ərəbistanında ÜDM artımı üçüncü rübdə 5 faizə yüksəldi – 2023-dən bəri ən yüksək göstərici

    30 Oktyabr 2025 12:25

    Səudiyyə Ərəbistanı Suriyanın dünyaya açılan qapısıdır - Şəraa

    30 Oktyabr 2025 11:00

    Məhəmməd bin Salman FİFA prezidentini qəbul etdi

    29 Oktyabr 2025 10:02

    Çin və ABŞ ikitərəfli münasibətləri müzakirə ediblər

    28 Oktyabr 2025 13:19
    Demo
    XƏBƏR LENTİ

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    "Qəbələ" və "Kəpəz" Rusiya klubunun futbolçusu ilə maraqlanır

    Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir

    ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.