Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İran İraqdakı nüfuzunu itirməkdən və ABŞ-ın dəstəklədiyi bir üsyandan ehtiyat edir

    3 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İranın regiondakı transmilli təsir gücünün zəifləməsi, bu gücü daşıyan yerli qolların – silahlı milislərin və siyasi partiyaların – gücsüzləşməsi, onların ABŞ tərəfindən ciddi təzyiqə məruz qalması, eyni zamanda, İraq hökumətinin neytrallıq siyasətinə yönəlməsi və İranla rəqabətdə yeni regional oyunçuların – xüsusən də Türkiyənin – meydana çıxması Tehranın İraqdakı nüfuzu üçün ciddi təhdidlər yaradır. Bu səbəbdən İran, İraqdakı mövcud təsirini qorumaq üçün təcili addımlar atmağa məcbur qalır.

    Tehran İraqda tam nüfuz itkisindən qorxur

    İran rəhbərliyi, İraqdakı nüfuzunun tamamilə itməsi ehtimalını real bir təhlükə kimi qəbul edir. İranın regiondakı təsir oxunun zəifləməsi fonunda, Türkiyənin İraqda nüfuzunu artırması və ABŞ-ın Bağdada təzyiqləri Tehranın narahatlığını daha da artırır. Vaşinqton İraqı Tehranla olan siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrindən – xüsusilə enerji sahəsində – uzaqlaşdırmağa çalışır.

    Bu narahatlığı artıran əsas amillərdən biri də İraq hökumətində suverenlik yönümlü yanaşmanın güclənməsidir. Baş nazir Məhəmməd Şiə əs-Sudani və komandasının bəyanatlarında, İraqın regional münaqişələrdən uzaq durması və İranla rəqabətdə neytral mövqe tutması fikri açıq şəkildə görünür.

    Digər tərəfdən, İranın yerli tərəfdaşlarının – silahlı qrupların və şiə partiyalarının – əvvəllər olduğu kimi Tehranın maraqlarını qorumaq qabiliyyəti azalıb. Bunun səbəbləri arasında bu milislərin ABŞ tərəfindən daha yaxından izlənməsi, onların "Hizbullahın taleyini paylaşa biləcəyi" ilə təhdid olunması, həmçinin şiə partiyalarının dövlət aparatına inteqrasiya edilməsi və fərdi maraqlarla dövlət siyasətinə uyğunlaşma zərurəti dayanır.

    ABŞ təzyiqləri İranın İraqdakı dayaqlarını zəiflədir

    ABŞ administrasiyası – xüsusilə Donald Trampın rəhbərliyi dövründə – İraqdakı İran yönümlü milis güclərini zəiflətməyə yönəlmiş təzyiqləri artırıb. Hazırkı Baş nazir əs-Sudani bu strukturların daxil olduğu koordinasiya çərçivəsində hökumət qurduğu üçün onların zəiflədilməsi mürəkkəb bir proses olaraq qalır.

    Son vaxtlar bu təzyiqlərin bir hissəsi kimi, ABŞ tərəfinin "Ki Card" adlı maaş paylayıcı sistemə təzyiq göstərərək, Haşdi Şaabi milislərinin on minlərlə üzvünün maaşlarının verilməsini əngəllədiyi bildirilir. Hətta Rəfidayn Bankı bu maaşların ödənməsi halında sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdar edilib.

    ABŞ və İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməsi, eləcə də Hizbullahın son qarşıdurmalarda zəiflədilməsi fonunda, ABŞ-ın İraqda və bütövlükdə bölgədə İran təsirini zəiflətmək siyasətini davam etdirəcəyi gözlənilir. Bu strategiyanın bir hissəsi kimi, maliyyə şəbəkələri üzərində nəzarət gücləndirilir, bank əməliyyatlarına məhdudiyyətlər tətbiq edilir və ABŞ dolları ilə aparılan beynəlxalq əməliyyatlar sıx şəkildə izlənir.

    Enerji sahəsi: ABŞ-İran qarşıdurmasının yeni cəbhəsi

    Enerji sahəsi də İran–İraq münasibətlərində əsas gərginlik mənbəyinə çevrilib. Vaşinqton açıq şəkildə Bağdadın İrana enerji asılılığını sonlandırmağa çalışır. Əs-Sudani hökuməti bir neçə dəfə daxili elektrik enerjisi istehsal gücünü artırmaq üçün proqramlar həyata keçirəcəyini açıqlasa da, hələlik real addımlar atılmayıb.

    İraqın zəngin enerji ehtiyatları nəzərə alınsa, ekspertlər hesab edir ki, xam neft hasilatı zamanı havaya buraxılan səmt qazının yandırılmadan istifadə olunması ölkəyə elektrik enerjisi sahəsində tam müstəqillik qazandıra bilər. Bu isə ölkənin İrandan elektrik və qaz idxalına ehtiyacını aradan qaldırar. Hazırda Tehran bu enerji resurslarını Bağdada təzyiq vasitəsi kimi istifadə edir.

    Buna paralel olaraq, İraqın Elektrik Nazirliyi, ölkədə enerji böhranının dərinləşdiyini açıqlayıb. İrana məxsus qaz tədarükünün 55 milyon kubmetrdən 25 milyona düşməsi nəticəsində təxminən 3800 meqavatlıq enerji istehsal gücü sıradan çıxıb. Ölkədə temperaturun 50 dərəcəni keçdiyi bu günlərdə elektrik çatışmazlığı xalq arasında sosial narazılığın artmasına səbəb ola bilər.

    Nazirliyin Yanacaq Departamentinin rəhbəri Səəd Fərhi bildirib ki, qaz azlığı səbəbindən bir sıra qaz stansiyaları fəaliyyətini dayandırıb. O qeyd edib ki, nazirlər və Elektrik Nazirliyi fövqəladə tədbirlərlə vəziyyəti balanslaşdırmağa çalışırlar və Neft Nazirliyi ilə birlikdə alternativ yanacaqla enerji təminatını bərpa etmək üçün əməkdaşlıq edilir. Lakin təbii qazın əvəzləyiciləri eyni səmərəliliyi vermir.

    İraq çətin seçim qarşısındadır

    İraq elektrik sahəsində son dərəcə həssas vəziyyətdədir. Tehranla iqtisadi asılılıq və Vaşinqtonun İrana qarşı sanksiyaları fonunda Bağdad arada qalmış durumdadır. ABŞ artıq 7 ildir ki, İraqı İrana qarşı tətbiq etdiyi sanksiyalardan müvəqqəti azad edən istisna hüququnu uzatmaq istəmir. Bu isə İranla enerji əlaqələrinin davam etdirilməsini çətinləşdirir.

    Əs-Sudani balans siyasəti aparmağa çalışır

    Baş nazir Məhəmməd Şiə əs-Sudani qarşıdan gələn 2024-cü ilin noyabr seçkilərində ikinci dəfə baş nazirliyə namizəd olmağa hazırlaşır. Bu müddətdə o, İran yönümlü yerli güclərlə münasibətlərini korlamadan seçicilərə “suverenlik” və “xarici təsirdən azad İraq” şüarlarını təqdim etmək məcburiyyətindədir. Ekspertlər hesab edir ki, əgər o, ikinci dəfə hökumət başçısı olarsa, İranın İraqdakı təsir qolları ilə münasibətdə daha sərt və qətiyyətli mövqe nümayiş etdirə bilər.

    #İraq #Bağdad #İraq limanları #Vaşinqton #İraq şirkətləri #İraqda türkmənlər #İraqda Türk dili #İraqın şimalında əməliyyatlar #İraq siyasəti #İran-İraq əlaqələri #İraq və Livan siyasəti #Səddam Hüseyn sonrası İraq #İraqın təhlükəsizlik problemi #İraq işsizlik problemi #İraq və Livan müqavimət hərəkatı #İran-İraq-Suriya dəhlizi #İraqın siyasi sabitliyi #İraq hökuməti və radikal qruplar #İraqın beynəlxalq münasibətləri #İraqda su və infrastruktur problemləri #İraq və İsrail münasibətləri #Zelenskinin Vaşinqton səfəri #Vaşinqton və Tehran müzakirələri #Bağdadın elmi inkişafı #İraq İran qarşıdurması #İran-İraq siyasi münasibətləri #Tehran nüvə danışıqları #İran İraq müharibəsi #İran-İraq müharibəsi #İraq və İran arasında siyasi ayrılıq #İraqın İran qazından asılılığı #İraq-İran enerji münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    2 Fevral 2026 16:53

    ABŞ təzyiqləri gücləndikcə kubalılar ağır həyat şəraiti ilə üz-üzə qalır

    31 Yanvar 2026 15:42

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36

    ABŞ İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

    31 Yanvar 2026 09:18

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    Venesuela ordusu və polisi prezident Rodriqesə sadiqlik andı içdi

    29 Yanvar 2026 12:30

    Keçən il Türkiyədən İraqa xalça ixracı 297 milyon dolları keçib (ÖZƏL)

    29 Yanvar 2026 09:40

    ABŞ hərbi donanması İrana doğru yola düşüb - Tramp

    28 Yanvar 2026 10:06

    Venesuela Vaşinqtonun əmrlərindən bezib - Delsi Rodriges

    26 Yanvar 2026 11:58

    ABŞ və İraq rəsmiləri İŞİD məhbusları və təhlükəsizlik məsələlərini müzakirə ediblər

    26 Yanvar 2026 10:44

    ABŞ-nin İrana mümkün hücumu fonunda İsrail ordusu hazırlıq vəziyyətini gücləndirib - İsrailli general

    26 Yanvar 2026 09:18
    Demo
    XƏBƏR LENTİ

    “Sahibkar” anlayışını kim formalaşdırıb?

    Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    Tarixdə bu gün - 3 fevral

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.