Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İŞİD, Hizbullah və kaptagon

    3 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İŞİD-lə mübarizədə ciddi addımlar atmayaraq, Hizbullahla sıx müttəfiq olub və kaptagon narkotikasını sənaye miqyasında istehsal edən Bəşşar Əsəd rejimindən fərqli olaraq,Suriyanın yeni hökuməsi qismində fəaliyyət göstərən “Heyət Təhrir əş-Şam” (HTŞ) bu çağırışlara ciddi yanaşır.

    Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Dr. Aaron Y. Zelin institutun yayımladığı hesabatda bildirir ki, bu səylər yalnız Suriya cəmiyyəti üçün və ölkənin təhlükəsizlik və sabitliyi baxımından faydalı deyil, həm də ABŞ və İordaniya, Səudiyyə, Türkiyə və BƏƏ kimi regional güclərin maraqları ilə üst-üstə düşür. Buna baxmayaraq, İŞİD, Hizbullah və kaptagon ticarətinin yaratdığı təhlükəsizlik çağırışları bir müddət daha davam edə bilər.

    Ən ciddi narahatlıqlardan biri, hazırda Suriyanın şimal-şərqində saxlanılan İŞİD-ə məxsus 9000 məhbusun saxlanıldığı həbsxanadır. Onların qaçması potensial olaraq ciddi təhlükə doğura bilər. Hələ də Suriya Prezidenti Əhməd Şəraa və Suriya Demokratik Qüvvələrinin (SDQ/ PKK-nın Suriya qolu) komandanı Məzlüm Əbdi arasında əldə olunmuş razılaşmanın necə inkişaf edəcəyi ilə bağlı suallar qalmaqdadır. Bu razılaşmanın nəticələri Suriyanın İŞİD-lə mübarizə qabiliyyətinin nə dərəcədə olduğunu göstərəcək.

    Digər mühüm çətinlik isə maliyyə vəsaitlərinin çatışmazlığıdır. Suriya dərin iqtisadi böhranla üz-üzədir, eyni zamanda son dövrlərdə ölkənin sahil bölgəsində məzhəb zəmində gərginliklər artmaqdadır. Bu vəziyyətdən İŞİD, Hizbullah və kaptagon narkotikinin qeyri-qanuni ticarətini həyata keçirən dairələrin faydalanmağa çalışacağı ehtimal olunur.

    Hizbullahın, xüsusilə Suriya ilə Livan arasındakı sərhəd bölgəsində, yeni Suriya hökumətinə qarşı müqavimətini davam etdirəcəyi gözlənilir. Bu, xüsusilə Dəməşqin Əsəd rejimi dövründə Qərbi Suriyada Hizbullah tərəfindən qurulmuş infrastrukturun sökülməsi istiqamətində atdığı addımlarla əlaqədardır.

    Dəməşqin daha inklüziv və şəffaf bir hökumətə doğru yönəldilməsi zərurəti ilə yanaşı, Suriyadakı təhlükəsizlik çağırışları ölkənin hüdudlarını aşır. Buna görə də, İŞİD, Hizbullah və kaptagonla mübarizədə Dəməşqdəki yeni rəhbərliyə dəstək və koordinasiya göstərilməsi Suriyanın və bütövlükdə regionun gələcək təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyacaq.

    HTŞ Suriyanın nəzarətini ələ almamışdan əvvəl belə bu təhdidlərə qarşı mübarizəyə başlamışdı. Qeyri-hökumət aktoru olaraq Suriyanın şimal-qərbinə nəzarət etdiyi dövrdə – İdlibdəki mülki və texniki hökuməti olan “Suriya Qurtuluş Hökuməti” vasitəsilə – bu təhlükələrlə mübarizəyə ciddi yanaşmışdı.

    2013-cü ildən etibarən, xüsusilə 2017-ci ildə “Suriya Qurtuluş Hökuməti” qurulduqdan sonra qanuni yanaşmanın bu məsələlərlə mübarizədə əsas xəttə çevrilməsinə baxmayaraq, HTŞ həm də birbaşa döyüş meydanlarında Hizbullaha qarşı 2013-cü ildə və İŞİD-ə qarşı 2014-cü ildə birbaşa qarşıdurmalarda iştirak etmişdi.

    HTŞ bu qruplarla mübarizədə uzun müddətli təcrübəyə malikdir. Ona görə də Əsəd rejimi süqut etdikdən sonra Suriyanın yeni hökumətində yer alan şəxslərin illərdir davam etdirdikləri fəaliyyəti davam etdirmələri təəccüblü deyil. Geniş mənada HTŞ İŞİD, Hizbullah və kaptagon ticarətinin yaratdığı təhlükələrə qarşı qanuni yanaşma sərgilədiyini demək olar.

    Bu yanaşma “Ümumi Təhlükəsizlik Xidməti” vasitəsilə həyata keçirilib. Bu xidmət rəsmi olaraq 2020-ci ilin iyun ayında təsis edilsə də, onun ilkin forması artıq 2017-ci ildən – HTŞ “Suriya Qurtuluş Hökuməti” çərçivəsində yarımrəsmi dövlət kimi fəaliyyət göstərməyə başladığı dövrdən – fəaliyyət göstərirdi.

    “Ümumi Təhlükəsizlik Xidməti”nin əsas bölmələri bunlardır: Regional Məlumat Bürosu, Daxili Təhlükəsizlik Şöbəsi, Təşkilatlanmış Cinayətlər Portfeli, Nizam-Portfeli və “Xaricilər” Portfeli (burada "xaricilər" radikal ekstremistlərə işarə edir).

    HTŞ Suriyanın yeni hökuməti olduqdan sonra da İŞİD-in gizli hüceyrələrinə qarşı mübarizəni davam etdirir.

    İndiyədək, yeni Suriya hökuməti İŞİD terror təşkilatına qarşı dörd əsas əməliyyat keçirdiyini elan edib. Birincisi, 11 yanvar 2025-ci ildə Dəməşqdə yeni hökumət İŞİD-in şiələrin ziyarətgahı olan xanım Zeynəb məqamını partlatmaq planının qarşısını ala bildi. Bu hücumun məqsədi məzhəblərarası gərginliyi artırmaq idi. Mətbuat məlumatlarına görə, bu planın ifşasında ABŞ tərəfindən təqdim olunan kəşfiyyat məlumatları mühüm rol oynayıb.

    Daxili İşlər Nazirliyinin apardığı istintaq zamanı şübhəlilər qeyd ediblər ki, onlar həmçinin Milad bayramında, yəni Yeni il gecəsində Məlula adlı xristian kəndində bir kilsəyə partlayıcı yüklü avtomobillə hücum etməyi planlaşdırıblar, lakin bu hücum həyata keçirilməyib.

    İkinci hadisə isə 15 fevral 2025-ci ildə baş verib. Ümumi Təhlükəsizlik Xidməti İŞİD-in “İraq vilayəti”ndə tanınmış komandirlərindən biri olan Əbu əl-Haris əl-İraqi adlı şəxsi həbs edib. O, 2024-cü ilin aprelində HTŞ liderlərindən Əbu Mariya əl-Qəhtaninin qətlə yetirilməsi və xanım Zeynəb məqamına ediləcək hücum planı ilə əlaqələndirilir. Ən son ifşa edilən planla bağlı aparılan həbslər nəticəsində əldə olunan məlumatlar Dəməşqə Əbu əl-Harisi tapmaq imkanı verdi və bu, Daxili İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə açıqlandı.

    Ən diqqətçəkən məqam isə Əbu əl-Harisdən alınan kəşfiyyat məlumatlarının sonradan təşkil edilən hava zərbəsinə səbəb olmasıdır. Həmin hava zərbəsində İŞİD-in “xəlifə müavini” olan və eyni zamanda İraq-Suriya əmirliyi ilə “zabitlər şurası”nın rəhbəri vəzifələrini icra edən Abdullah əl-Məkki Müslih ər-Rifai (ləqəbi Əbu Xədicə) öldürülüb.

    Bütün bu hadisələr göstərir ki, ABŞ, Suriya və İraq arasında İŞİD-ə dair kəşfiyyat mübadiləsi qarşılıqlı fayda doğurmağa başlayıb. Bu əməkdaşlığın nəticəsi olaraq 14 mart 2025-ci ildə Dəməşq və Bağdad arasında rəsmi görüş keçirilib. Bundan əlavə, 18 fevral və 6 mart 2025-ci illərdə Dəraa vilayətinin ən-Nuayma və əs-Sünmeyn qəsəbələrində İŞİD-in hüceyrələri üzə çıxarılıb və ələ keçirilib.

    Əsəd rejimi süqut etdikdən və yeni Suriya hökuməti ölkənin böyük hissəsini nəzarətə götürdükdən sonra, HTŞ hökumət formasında Suriyada qalan Hizbullah hüceyrələrinə qarşı mübarizə aparır. İndiyədək yeni hökumət Hizbullaha aid altı hüceyrəni ifşa edib. Bu hüceyrələrin əksəriyyəti Suriya-Livan sərhədinə yaxın olan Tartus, Hums və Rifi Dəməşq vilayətlərində fəaliyyət göstərirmiş.

    Bu hüceyrələr qanunsuz şəkildə silahları – (Kalaşnikov avtomatları, avtomatik tüfənglər, raketlər, dron hissələri və sursatlar) Suriyadan Livana qaçaqmalçılıqla daşıyaraq Hizbullaha çatdırmağa çalışırdılar. Ən son əməliyyat xanım Zeynəb məqamı yaxınlığında həyata keçirilib. Bu bölgədə Hizbullahın uzun illər fəaliyyəti olduğu bilinir.

    Əsəd rejimindən fərqli olaraq, artıq bu fəaliyyətlərin qarşısını almağa hazır bir hökumət var. 2025-ci ilin fevral ayının əvvəlində Suriya-Livan sərhədi yaxınlığında həyata keçirilən axtarış əməliyyatlarında yeni təhlükəsizlik qüvvələri narkotik (haşiş və kaptagon) istehsalı və qablaşdırılması üçün istifadə olunan çoxsaylı sexlər, anbarlar və zavodlar aşkarlayıb. Həmçinin saxta pul çap edən mətbəələr də üzə çıxarılıb. Hizbullahın bu fəaliyyətlərdə də iştirakı sübut olunub.

    Yeni Suriya hökuməti 27 mart 2025-ci ilədək 20 kaptagon partiyası aşkarlayıb. Bu əməliyyatlar Hələb, Dəməşq, Dəraa, Deyr əz-Zor, Hama, Hums, İdlib, Laziqiyyəni əhatə edib. Bu isə problemin geniş miqyaslı olduğunu göstərir.

    Bəzi əməliyyatlar kaptagonun qeyri-qanuni bazara daxil olmamışdan əvvəl, Livan və İordaniyaya yaxın sərhəd bölgələrində həyata keçirilib. Bu əməliyyatlar zamanı keçmiş rejimin kaptagon istehsalı və saxlanması üçün istifadə etdiyi, xüsusilə keçmiş prezident Bəşşar Əsədin qardaşı Mahir Əsədə bağlı şəbəkələrə məxsus obyektlər tapılıb. 21 mart 2025-ci ildə yeni Suriya hökuməti indiyə qədərki ən böyük kaptagon əməliyyatını həyata keçirib: Hələbdə üç milyon ədəd kaptagon həbi müsadirə edilib.

    #Suriya #Hizbullah #Suriya xəbərləri #Suriya siyasi həll #Suriya müxalifəti #İsrail və Hizbullah müharibəsi #Hökumətin Səmərəliliyi Departamenti #Suriya yeni hökuməti #Heyət Təhrir əş-Şam (HTŞ) #İŞİD-lə mübarizə Suriyada #Hizbullah və Suriya münaqişəsi #Kaptagon narkotik ticarəti #Suriya təhlükəsizlik əməliyyatları #Xanım Zeynəb hücumu #Suriya-Livan sərhədi #HTŞ təhlükəsizlik xidməti #Suriya Qurtuluş Hökuməti #Suriya və ABŞ əməkdaşlığı #Əbu əl-Haris həbsi #Əbu Xədicənin öldürülməsi #Suriya kəşfiyyat əməliyyatları #Kaptagon istehsalı Suriyada #Suriya narkotiklə mübarizə #Suriya İraq kəşfiyyat əməkdaşlığı #Dəməşqdə HTŞ-nin rolu #Suriyada terrora qarşı mübarizə #Suriyada saxta pul istehsalı #Mahir Əsəd və kaptagon şəbəkəsi #Suriyada silah qaçaqmalçılığı #Dəraa vilayətində İŞİD hüceyrələri #HTŞ və İŞİD qarşıdurması #Suriya daxili təhlükəsizlik strategiyası #İordaniya və Livan sərhədində əməliyyatlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    10 Noyabr 2025 22:52

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    10 Noyabr 2025 21:02

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Suriya və Səudiyyə turizm sahəsində əməkdaşlığı gücləndirir

    8 Noyabr 2025 20:16

    İsraildə Hizbullaha hücum vaxtı ilə bağlı fikir ayrılığı yaşanır

    8 Noyabr 2025 17:08

    ABŞ, Suriya Prezidenti Əhməd Şəraa sanksiya siyahısından çıxardı

    8 Noyabr 2025 09:42

    Hizbullah İsraillə yeni müharibəyə girə bilərmi?

    8 Noyabr 2025 07:11

    Makron Suriyanı İŞİD- ə Qarşı Beynəlxalq Koalisiyaya Qoşulmağa Çağırdı

    7 Noyabr 2025 14:31

    Türkiyə, Suriya rəsmilərinə tətbiq olunan sanksiyaların ləğvini alqışlayıb

    7 Noyabr 2025 10:53

    BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

    7 Noyabr 2025 06:58

    Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı hərbi tələbələrlə bağlı iddiaları təkzib edib

    6 Noyabr 2025 14:19
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.