Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Suriya Prezidenti Əhməd Əş Şəraa bu gün ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Şəraa, indiyə qədər Ağ Evdə amerikalı prezident tərəfindən qəbul edilən ilk Suriya lideri olacaq.

    AzerVoice xəbər verir ki, Suriya Prezidenti Əhməd Əş Şəraa bu gün ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə bir araya gələcək. ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul ediləcək Şəraa, Ağ Evə gedən ilk Suriya Prezidenti olacaq. Çünki indiyə qədər heç bir ABŞ prezidenti Suriyadan olan bir dövlət başçısını Vaşinqtonda qəbul etməmişdi. Görüşdə Şəraaya Xarici İşlər Naziri Əsəd Şeybani də müşayiət edir.

    Əhməd Əş Şəraa Braziliyada keçirilən “COP30” İqlim Zirvəsində iştirak etdikdən sonra ABŞ-ın paytaxtı Vaşinqton D.C-yə keçib. Tramp və Şəraa arasında bu gün baş tutacaq görüşdə Suriyanın müharibədən sonrakı bərpa prosesi, xarici investisiyalar və iqtisadi əməkdaşlıq imkanları, ABŞ-ın Suriya üzərindəki sanksiyalarının aradan qaldırılması və ya yüngülləşdirilməsi, Suriyada hələ də mövcud olan İŞİD elementlərinə qarşı birgə mübarizə səyləri, Suriyadakı müxtəlif silahlı qrupların mərkəzi hökumətə inteqrasiyası və ordunun vahid komandanlıq altında birləşdirilməsi kimi məsələlərin müzakirə olunacağı bildirilir.

    Xüsusilə, terror təşkilatı SDQ-nin Dəməşq hökumətinə inteqrasiyası, Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya qoşulması, İsraillə münasibətlər və bu ölkə ilə müdafiə əməkdaşlığı kimi mövzuların prioritet olacağı gözlənilir.

    #ABŞ #Donald Tramp #Suriya #Əhməd Əl-Şaraa #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya əməliyyatları #Suriyada hərbi əməliyyatlar 2025 #Suriya hökuməti #Trampın iddiaları #Trampın Yaxın Şərq siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Kanada Ukraynaya 143 milyon dollar dəyərində hərbi yardım edəcək

    4 Dekabr 2025 13:40

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Qəzzada atəşkəsin ikinci mərhələsi çox yaxında başlayacaq - Tramp

    4 Dekabr 2025 10:05

    Venesuelaya qarşı əməliyyatları genişləndiririk - Tramp

    4 Dekabr 2025 09:40

    ABŞ Hərbi Hava Qüvvələrinin nümayiş təyyarəsi qəzaya uğrayıb

    4 Dekabr 2025 09:21

    Cənubi Koreya və ABŞ, nüvə enerjisi sahəsində ortaq müəssisə qurmaq üzrə razılığa gəlib

    3 Dekabr 2025 16:05

    Tramp Tayvan qanununu təsdiqləyib

    3 Dekabr 2025 15:47

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    ABŞ 19 ölkənin immiqrasiya müraciətlərini dayandırıb

    3 Dekabr 2025 09:31

    İsraildə Netanyahuya qarşı nümayişlər keçirilib

    2 Dekabr 2025 16:20

    Suriya Prezidenti ABŞ-ın xüsusi təmsilçisi ilə görüşüb

    2 Dekabr 2025 12:31
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.