Bakı,AzerVoice
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyian cümə günü Beyruta səfər edəcək. AzerVoice xəbər verir ki ,bu haqdaİranın Livandakı səfiri Müctəba Əməni X platformasında yazıb.
O qeyd edib ki , Abdullahiyan Livanın yüksək səviyyəli rəsmiləri ilə müxtəlif hadisələrlə bağlı “vacib görüşlər” keçirəcək.
Məlumat üçün bildirək ki,oktyabrın 7-də İsrail və Qəzzada yerləşən Fələstin silahlı qruplaşması HƏMAS arasında müharibə başlayandan bəri Livan-İsrail sərhədində İsrail və HƏMAS-ın müttəfiqi olan Hizbullah arasında hər gün atışma müşahidə olunur.
İsrailin Livanın sərhəd kəndlərini dəfələrlə bombardman etməsi nəticəsində, əksəriyyəti Hizbullah döyüşçüləri olmaqla 227 nəfəri, həmçinin üçü jurnalist də daxil olmaqla 27 mülki sakin həlak olub. İsrail ordusunun məlumatına görə, İsrail tərəfində, şimal sərhəd bölgəsində 9 əsgər və 6 mülki olmaqla 15 nəfər həlak olub.
Döyüşlər həmçinin sərhədin hər iki tərəfində on minlərlə sakini didərgin salıb.