BAKI, AzerVoice
İsrail ordusu Livanın cənubundakı Beyt Lif qəsəbəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
AzerVoice xəbər verir ki, bu barədə NNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində biri ağır olmaqla üç nəfər yaralanıb. İsrailin bu hücumunun dəqiq hədəfləri açıqlanmasa da, bölgədə xeyli dağıntıya səbəb olduğu bildirilib.
Hücumla bağlı İsrail ordusu hələlik rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, İsrail və Livan arasında ötən il noyabrın 27-də əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail tərəfi bu razılaşmanı dəfələrlə pozub. Sərhəd bölgəsində yerləşən bəzi Livan qəsəbələrinə quru hücumları həyata keçirən İsrail ordusu, geri çəkilmə öhdəliyinə baxmayaraq beş mövqedə fəaliyyətini davam etdirir.
Atəşkəsin üzərindən aylar keçməsinə baxmayaraq, İsrail Livanın cənubundakı nəqliyyat vasitələrini və bəzi nöqtələri hava və quru hücumları, xüsusilə də PUA zərbələri ilə hədəf almaqda davam edir.