BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın paytaxtı Beyrutun cənubdakı Hadas bölgəsinə zərbələr endiriblər.
AzerVoice xəbər verir ki, raket zərbələri, "Hizbullah"a məxsus olduğu iddia edilən silah və sursat anbarına endirilib.
Məlumata görə, hədəfə azı iki zərbə endirilib.
Hazırda Beyrutun cənubuna yanğınsöndürən maşınlar və xilasetmə qrupları göndərilib.