Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Aralıq dənizi şəhərləri iqlim böhranına qarşı birləşir

    5 Oktyabr 2025 13:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Aralıq dənizi regionunda yerləşən kiçik və orta ölçülü şəhərlər iqlim böhranına qarşı mübarizədə güclərini birləşdirirlər. Bu prosesdə əsas rol Avropa İttifaqının maliyyələşdirdiyi COMPOSE layihəsinə məxsusdur. Layihə bələdiyyələrə bərpaolunan enerji keçidində dəstək olmaq, texniki bilik və maliyyə çatışmazlıqlarını aradan qaldırmaq üçün həyata keçirilib.

    Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən Kret adasındakı Anogeia kəndində qış aylarında soyuqlar sərt keçir. Uzun illər yerli əhali ənənəvi sobalardan istifadə etsə də, bu üsul həm havanı çirkləndirir, həm də ətraf meşələrin qırılmasına səbəb olurdu.

    “Bələdiyyə olaraq vəzifəmiz həm ətraf mühiti, həm də kəndin havasını qorumaqdır. Ona görə də vətəndaşları ənənəvi sobaları enerji qənaətli modellərlə əvəzləməyə təşviq etdik”- deyə kəndin meri Sokratis Kefalogiannis deyir.

    Anogeia, 2016–2019-cu illərdə həyata keçirilən COMPOSE proqramına qoşulub. Layihə Aralıq dənizinin 11 regionunda davamlı enerji layihələrini dəstəkləyib. 2,5 milyon avro büdcənin 75 faizi Avropa Birliyinin birgə maliyyələşdirməsi hesabına qarşılanıb.

    Kret adasının sahil şəhəri Rethymno da layihəyə qoşularaq davamlılıq sahəsində addımlar atıb. Şəhərdə istifadə olunmuş bitki yağları toplanaraq biokütlə yanacağına çevrilir. Bələdiyyə binasının damına günəş panelləri quraşdırılıb, elektrik avtomobilləri üçün şarj stansiyaları istifadəyə verilib.

    “Ətraf mühitin qorunması kollektiv məsuliyyətdir. Heç kim başqasının bu işi görəcəyini güman etməməlidir”- deyə Şəhərin meri Georgios Marinakis deyib.

    Layihənin ən mühüm nailiyyətlərindən biri hazırda COMPOSE alətlər qutusu adlı onlayn platformadır. Krit Universitetinin Bərpaolunan və Davamlı Enerji Sistemləri Laboratoriyası tərəfindən dəstəklənən bu sistem bələdiyyələrə iqlim dəyişikliyi ilə mübarizədə praktik metodlar təqdim edir.

    #İqlim dıyişikliyi #Aralıq dənizi #İqlim böhranı və dəniz səviyyəsi #2025 iqlim böhranı #Aralıq dənizi şəhərləri iqlim böhranı #COMPOSE layihəsi #Yunanıstan bərpaolunan enerji #Aralıq dənizi davamlı enerji planı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    İsrailin Misirlə qaz razılaşmasını təsdiqləməkdən imtinası Vaşinqtonda narazılıq yaradıb

    1 Noyabr 2025 18:00

    İsrail ordusu Azadlıq Flotiliyasına müdaxilə planı hazırlayır

    29 Sentyabr 2025 10:15

    Aralıq dənizi pəhrizi - Uzunömürlülüyün sirri

    21 Sentyabr 2025 11:00

    İqlim dəyişikliyi Avropada “super hüceyrə” fırtınalarının riskini artırır

    6 Sentyabr 2025 12:00

    Japarov ŞƏT sammitində iqlim çağırışı edib

    2 Sentyabr 2025 16:25

    Paris isti hava dalğalarında Avropanın ən ölümcül paytaxtı olub?

    23 Avqust 2025 16:13

    Qars–Iğdır–Dilucu dəmir yolu Zəngəzur dəhlizinə strateji töhfə verəcək - Ərdoğan

    22 Avqust 2025 15:49

    Əlcəzairdə 5,8 bal gücündə zəlzələ olub

    18 Avqust 2025 09:22

    İqlim Dəyişikliyi Makroiqtisadi Davamlılığı Təhdid Edir

    2 Avqust 2025 14:48

    Gürcüstanla ticarət hədəfimiz 5 milyard dollardır - Uraloğlu

    31 İyul 2025 17:15

    Dünyanın müxtəlif yerlərində temperatur rekordları qırılır

    26 İyul 2025 14:24
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

    Tarixdə bu gün - 4 fevral

    Seyfülislam Qəddafinin öldürüldüyü iddia olunub

    Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb

    ABŞ İran pilotsuz aparatını vurub

    İran ABŞ-la görüşmələrin İstanbuldan Omana köçürülməsini istəyib - ABŞ KİV

    İran hücum qayıqları ABŞ tankerinə dayanmaq əmri verib

    Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

    İsrail hərbçiləri Qəzzada fələstinli gənci qətlə yetirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.