Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Gürcüstanla ticarət hədəfimiz 5 milyard dollardır - Uraloğlu

    31 İyul 2025 17:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə ilə Gürcüstan arasında illik ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması üçün qətiyyətlə çalışırlar.

    AzerVoice xəbər verir ki, rəsmi səfər çərçivəsində Gürcüstanın paytaxtı Tbilisiyə gələn Uraloğlu, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

    İkitərəfli görüşlərdən sonra Uraloğlu və Kvrivişvili Türkiyə-Gürcüstan Hökumətlərarası Qarışıq İqtisadi Komissiyasının (KEK) 6-cı iclasının açılışında iştirak ediblər.

    Naizir Uraloğlu qeyd edib ki, Türkiyə ilə Gürcüstan arasındakı ikitərəfli ticarət dövriyyəsi 3,4 milyard dollar səviyyəsinə çatıb:

    Uraloğlu Gürcüstanın Cənubi Qafqazın önəmli ölkələrindən biri olduğunu, tarixi mövqeyi və mədəni zənginlikləri ilə həmişə diqqət çəkdiyini vurğulayıb:

    “Qara dənizi Xəzər dənizi ilə birləşdirən strateji mövqeyi, dinamik iqtisadiyyatı və qonaqpərvər insanları ilə Gürcüstan bölgəmizdə sabitliyin və rifahın mühüm iştirakçısıdır. Gürcüstan son illərdə həyata keçirdiyi iqtisadi islahatlar və sərmayədar dostu mühiti ilə ciddi nailiyyətlər əldə edib. Bu uğurlar bizi sevindirir və ortaq gələcəyimiz üçün ümid yaradır.”

    Nazir əlavə edib ki, tarixi və mədəni bağlarla yanaşı, vizasız səfər imkanları da iki ölkə arasında əlaqələri daha da möhkəmləndirir “Bu çərçivədə münasibətlərimizi Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq səviyyəsində davam etdiririk. Bu səviyyəyə çatmağımızda hər iki ölkə prezidentlərinin ortaq iradəsi və vizyonu mühüm rol oynayıb.” - deyə qeyd edib.

    Uraloğlu həmçinin qeyd edib ki, 16 iyul 2025-ci il tarixində imzalanan Azad Ticarət Sazişi (ATS) üzrə Birgə Komitənin qərarı, ikitərəfli ticarətin Pan-Avropa-Aralıq dənizi bölgəsində yeni qaydalar çərçivəsində problemsiz davam etməsinə imkan yaradacaq.

    #Avropa #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Gürcüstan #Xəzər dənizi #Qara dəniz #Aralıq dənizi #ticarət #xarici ticarət #ticarət tövriyyəsi #xarici ticarət dövriyyəsi #Tbilisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    Qvardiola niyə Mourinyoya təşəkkür edəcək?

    29 Yanvar 2026 16:38

    Aİ SEPAH-ı terror siyahısına sala bilər - Kallas

    29 Yanvar 2026 12:08

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Maliyyə naziri Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    26 Yanvar 2026 15:41

    Ukrayna üçün təhlükəsizlik zəmanətləri müharibənin dəqiq bitmə tarixini müəyyənləşdirə bilər - Zelenski

    25 Yanvar 2026 21:41

    Hikmət Qafarlı Avropa çempionatının Ukrayna – Litva matçına baş hakim təyin edilib

    24 Yanvar 2026 14:22

    2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq - Beynəlxalq Enerji Agentliyi

    23 Yanvar 2026 12:45

    Keçən il Qaziantep hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    22 Yanvar 2026 09:34

    Avropa Qrenlandiya məsələsində təzyiqlərə boyun əyməyəcək - Makron

    21 Yanvar 2026 15:51

    Donald Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlayıb

    21 Yanvar 2026 13:08
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Corc Vaşinqton yekdilliklə ABŞ-ın ilk prezidenti seçilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

    Tarixdə bu gün - 4 fevral

    Seyfülislam Qəddafinin öldürüldüyü iddia olunub

    Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb

    ABŞ İran pilotsuz aparatını vurub

    İran ABŞ-la görüşmələrin İstanbuldan Omana köçürülməsini istəyib - ABŞ KİV

    İran hücum qayıqları ABŞ tankerinə dayanmaq əmri verib

    Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.