Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Qars–Iğdır–Dilucu dəmir yolu Zəngəzur dəhlizinə strateji töhfə verəcək - Ərdoğan

    22 Avqust 2025 15:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qars–Iğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə göndərdiyi müraciətdə layihəni “ölkə və region üçün körpü rolunu oynayacaq mühüm inkişaf hərəkatı” adlandırıb.

    AzerVoice xəbər verir ki, Ərdoğan bildirib ki, 2,4 milyard avro dəyərində, 224 kilometr uzunluğa malik bu layihə Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək və Zəngəzur dəhlizinə strateji töhfə verəcək.

    “Yeni dəmir yolu xətti 5 stansiya, 5 tunel, 19 açıq-qapalı tunel, 10 körpü, 3 viyadük, 144 altkeçid, 27 üsteçid və 480 suötürücü qurğudan ibarət olacaq. Layihənin tamamlanması Xəzər hövzəsi ilə Aralıq dənizi hövzəsini birləşdirəcək, regional əməkdaşlıq və inkişafı gücləndirəcək”- deyə Ərdoğan bildirib.

    Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu da tədbirdə çıxış edərək qeyd edib ki, Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı gücləndirəcək, bölgədə sülhün və diplomatik münasibətlərin normallaşmasına təkan verəcək.

    Ərdoğan həmçinin vurğulayıb ki, xəttin istifadəyə verilməsi Şərq və Cənub-Şərqi Anadolu bölgələrinin istehsal və ixrac imkanlarını artıracaq və turizm potensialını gücləndirəcək.

    “Rusiyanın, Azərbaycanın, Ermənistanın və Türkiyənin dəmir yolu şəbəkələrinin genişləndirilməsi regional ticarətə olduqca müsbət təsir göstərəcək”- deyə Ərdoğan vurğulayıb.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #Rusiya #Ermənistan #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Zəngəzur dəhlizi #Xəzər dənizi #Aralıq dənizi #Kars–Iğdır–Aralıq–Dilucu dəmir yolu xətti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    16 Yanvar 2026 12:57

    Keçən il Türkiyədən Rusiya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    16 Yanvar 2026 11:18

    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

    16 Yanvar 2026 09:09

    “Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olacaq

    15 Yanvar 2026 17:37

    Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq

    15 Yanvar 2026 17:31

    Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

    15 Yanvar 2026 17:11

    “Hər məsciddə kitabxana” layihəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində davam etdirilib

    15 Yanvar 2026 16:53

    İRİA mygov platforması adından yayılan saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb

    15 Yanvar 2026 16:44

    DSMF 2025-ci ildə sosial ödənişlərin artırılması və 2026-cı il hədəflərini açıqlayıb

    15 Yanvar 2026 16:37

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılıb

    15 Yanvar 2026 15:53

    Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib

    15 Yanvar 2026 15:41
    Demo
    XƏBƏR LENTİ

    Meloni Takaici ilə süni ilintellektlə hazırlanmış anime selfisini paylaşdı

    Zorakılıqdan qaçmırıq, ona qarşı çıxırıq - Ranveer Singh

    Yaşar Gülər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    Ötən il 195-1 Çağrı Mərkəzinə 583 mindən çox müraciət daxil olub

    Qalatasaray və Fənərbaxça cərimələnib

    Siqhlər əsrlər boyu bərabərlik və sosial ədalət uğrunda mübarizə aparıblar - Sidhu Dabindercit Sinqh

    Ötən ildə əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.