Əsas səhifə » Amsterdam heyvanların təhlükəsizliyi üçün kanallarda "xilas pilləkənləri" quraşdırır

Amsterdam heyvanların təhlükəsizliyi üçün kanallarda "xilas pilləkənləri" quraşdırır

BAKI, AzerVoice

Niderlandın Amsterdam şəhərində su kanallarında boğulma hallarının qarşısını almaq məqsədilə heyvanların təhlükəsizliyini təmin edəcək yeni bir layihəyə start verilib.

Şəhər bələdiyyəsi tərəfindən bu məqsədlə 100 min avro ayrılıb və kanallar boyunca kiçik taxta pilləkənlərin quraşdırılması planlaşdırılır.

Layihə çərçivəsində, sudan çıxa bilməyən pişik və digər kiçik canlıların həyatını xilas etmək üçün "xilas pilləkənləri" adlandırılan konstruksiyalar inşa ediləcək. Bu təşəbbüs, daha əvvəl Amersfoort şəhərində tətbiq edilmiş və orada 300 belə çıxış yolu qurulmuşdu.

Amsterdam bələdiyyəsi heyvan rifahı təşkilatı “Dierenambulance”dən kanallar boyunca heyvanların sudan çıxa bilmədiyi nöqtələri müəyyənləşdirməyi xahiş edib. Toplanan məlumat əsasında pilləkənlərin harada yerləşdiriləcəyi planlaşdırılacaq. Məlumata görə, yalnız 2024-cü ildə Amsterdamda 19 pişik kanallarda boğularaq ölüb.

Şəhər rəsmiləri bildirir ki, bələdiyyənin heyvan rifahı məsələləri üzrə məsul şəxsi Zita Pels bu layihəni əvvəldən dəstəkləsə də, maliyyə çatışmazlığı səbəbindən reallaşdırıla bilməmişdi. Lakin Partiya üçün Heyvanlar (PvdD) fraksiyası büdcədə istifadə edilməmiş 100 min avronun olduğunu və bunun layihəyə yönəldilə biləcəyini bildirib.

Rəsmi statistikaya görə, son on il ərzində Amsterdam kanallarında 142 nəfər boğularaq ölüb. Ölüm hallarının əksəriyyəti sərxoş və ya narkotik maddə təsiri altında olan turistlərin suya düşməsi nəticəsində baş verib. Şəhərdə bəzi yenilənmiş kanallar artıq insanlara sudan çıxmaq üçün xüsusi tutacaq çıxıntılarla təchiz edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice