Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Geri qayıtmaqmı, davam etməkmi?

    27 İyul 2025 12:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ-da aparılan psixoloji tədqiqat insanların daha səmərəli seçim imkanı olsa belə, əvvəldən seçdikləri yoldan geri dönməyə meylli olmadığını ortaya çıxarıb.

    Alimlər bu davranış modelini “geri dönmə aversiyası” (doubling-back aversion) adlandırırlar.

    Tədqiqat Kaliforniya Universitetinin psixoloqları Kristine Y. Cho və Clayton R. Critcher tərəfindən aparılıb və nəticələri “Psychological Science” jurnalında dərc olunub. Araşdırmaya 2 min 500-dən çox ABŞ sakini cəlb olunub.

    Araşdırma çərçivəsində iştirakçılar həm virtual reallıqda naviqasiya tapşırıqları, həm də zehni söz tapşırıqları yerinə yetiriblər. Virtual tapşırıqda iştirakçılar daha qısa, lakin geriyə dönmə tələb edən yol ilə daha uzun, düz yol arasında seçim etməli olublar. Onların yalnız 31 faizi daha qısa olan, geri dönüş tələb edən yolu seçib. Əksəriyyət 57 faiz daha uzun, lakin irəli istiqamətli marşrutu seçib.

    Söz tapşırığında isə iştirakçılardan əvvəlcə “G” hərfi ilə başlayan sözlər yazmaları istənilib. Daha sonra onlara “T” hərfi ilə davam etmək təklif olunub. Təqdimat formasına görə iştirakçıların qərarı dəyişib.

    Tədqiqatın müəllifləri qeyd edir ki, insanlar daha əvvəl çəkdikləri zəhməti itirmək qorxusuyla yeni və daha səmərəli yolları rədd edirlər.

    Alimlər gələcək tədqiqatlarda bu yanaşmanı dəyişmək yollarını araşdırmağı planlaşdırırlar. Onların tövsiyəsinə görə, insanlar keçmişin yükünü deyil, gələcək faydanı əsas götürməlidirlər.

    #ABŞ #Kaliforniya #Elmi araşdırma #elmi tədqiqat #psixologiya #Bunu bilirsinizmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    18 Yanvar 2026 22:30

    Tramp İran üzərinə hücum əmrini vermək istədi, lakin fikrini dəyişdi

    17 Yanvar 2026 13:15

    ABŞ Qrenlandiya planını dəstəkləməyən ölkələrə gömrük vergisi tətbiq edə bilər

    17 Yanvar 2026 12:44

    İsrail və ABŞ süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başladır

    17 Yanvar 2026 12:05

    Türkiyə vitse-prezidenti ABŞ səfirini qəbul edib

    15 Yanvar 2026 13:10

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    İran hava məkanını yenidən açdı

    15 Yanvar 2026 12:23

    Bakıda zikhlərə və etnik azlıqlara qarşı repressiyalar müzakirə olunacaq

    15 Yanvar 2026 12:12

    FIFA 2026 Dünya Kuboku 500 milyon bilet müraciəti alıb

    15 Yanvar 2026 10:45

    İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli razılaşma əldə edib

    15 Yanvar 2026 09:54

    İran ABŞ bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib

    14 Yanvar 2026 17:40

    Həmd bin Cəssim İrana zərbə riskinə qarşı xəbərdarlıq edib

    14 Yanvar 2026 16:38
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyədən Fransadan avtomobil ixracı 5 milyard dolları keçib (ÖZƏL)

    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb

    Kəlbəcərin ucqar dağ kəndlərinə izolyasiyalı hava xətləri çəkilir - "Azərişıq"

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    İranda iqtisadi etirazlar zamanı ölənlərin sayı 4 minə yaxınlaşır

    Türkiyədə kiber cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib

    Keçən il Türkiyədən Türkmənistana sement ixracı 140 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.