Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    BMT humanitar yardımın çatdırılması üçün elan olunan atəşkəs qərarını alqışlayıb

    27 İyul 2025 17:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin Fövqəladə Yardım Koordinatoru Tom Fletçer Qəzza zolağına humanitar yardımların daxil olmasına şərait yaratmaq üçün elan olunan atəşkəs qərarını alqışladığını bildirib.

    AzerVoice xəbər verir ki, bu barədə Fletçer “X” sosial şəbəkəsində yazıb.

    “Qəzzada aclıq içində olan ailələrə dəstək göstərmək məqsədilə sahə komandalarımızla koordinasiyalı şəkildə çalışırıq və imkanlarımız daxilində hər cür kömək göstərməyə hazırıq” - deyə, o vurğulayıb.

    BMT-nin Ərzaq Proqramı da atəşkəsin elan olunmasını və BMT-nin fövqəladə ərzaq yardımı daşıyan karvanlarının hərəkətini asanlaşdırmaq üçün humanitar dəhlizlərin yaradılmasını müsbət qarşıladığını bildirib.

    Qurumun açıqlamasına görə, mövcud ərzaq ehtiyatları Qəzza sakinlərinin təxminən üç aylıq tələbatını qarşılayacaq səviyyədədir. Bildirilib ki, görüləcək yeni tədbirlər aclıqla üzləşən insanlara təcili ərzaq yardımının vaxtında çatdırılmasına imkan yaradacaq.

    Qurum qeyd edib ki, Qəzza əhalisinin üçdə biri günlərlə yemək tapa bilmir, təxminən 470 min insan aclıq səviyyəsində yaşayır. Eyni zamanda, 90 min qadın və uşaq təcili şəkildə qida yardımına ehtiyac duyur.

    Qurum həmçinin vurğulayıb ki, Qəzzanın istənilən bölgəsində yaşayan mülki əhaliyə humanitar yardımın fasiləsiz çatdırılmasının yeganə yolu razılaşdırılmış atəşkəsin əldə olunmasından keçir.

    Qeyd edək ki, İsrail ordusu ötən gecə Qəzzaya humanitar yardımların havadan çatdırılmasının bərpa olunduğunu və BMT karvanlarının ərzaq və dərman daşımaları üçün təhlükəsiz keçid dəhlizlərinin yaradıldığını açıqlayıb.

    #Qəzza #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    Türkiyə limanları ilə 2 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

    Prezident İlham Əliyev: Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

    Prezident İlham Əliyev Gitanas Nausedanı təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.