Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    İnsan beynindəki mikroplastiklərin səviyyəsi sürətlə artır

    8 Fevral 2025 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Son 50 ildə mikroplastik çirklənmənin sürətlə artması bu zərərli hissəciklərin insan beynində toplanmasına səbəb ola bilər.

    Yeni bir araşdırma 1997-2024-cü illər arasında aparılan yarılmalarda beyin toxumasında mikro və nanoplastik hissəciklərin artdığını ortaya çıxarıb. Bundan əlavə, bu kiçik plastik hissəciklər qaraciyər və böyrək nümunələrində də aşkar edilmişdir.

    Məlumdur ki, mikroplastiklər insan orqanizmində geniş yayılmışdır. Bu hissəciklər hətta qan, sperma, ana südü, plasenta və sümük iliyində tapıldı. Sağlamlığa təsirləri böyük ölçüdə bilinməsə də, insult və infarkt kimi şərtlərlə əlaqələndirilir.

    Tədqiqatçılar qeyd ediblər ki, demensiyadan əziyyət çəkən insanların beyin nümunələrində mikroplastiklərin sıxlığı təxminən altı dəfə yüksək olur. Ancaq demansın beyinə verdiyi zərər səbəbiylə bu yüksək sıxlığın gözlənildiyi və bu səbəbdən səbəb-nəticə əlaqəsinin qurula bilmədiyi vurğulanıb. Demans insanların yaddaşını, konsentrasiyasını, təfəkkürünü və mühakiməsini pozan xəstəlikdir.

    "Mühitdə mikro və nanoplastiklərin sürətlə artan mövcudluğu onu göstərir ki, bu hissəciklərin nevroloji xəstəliklərdə və digər sağlamlıq problemlərində rolunu anlamaq üçün daha çox səy tələb olunur", - deyə araşdırmanı aparan Metyu Kampenin rəhbərlik etdiyi komanda bildirib.

    Mikroplastiklər plastik tullantıların parçalanması nəticəsində yaranır. Bu çirklənmə Everest dağının zirvəsindən tutmuş okeanların dərinliklərinə qədər bütün planetə yayılıb. İnsanlar bu hissəcikləri qida, içməli su və nəfəs yolu ilə bədənlərinə alırlar.

    Başqa bir araşdırma, vaxtından əvvəl doğum edən qadınların plasentalarında daha yüksək səviyyədə mikroplastik çirklənmə olduğunu göstərdi. Əvvəlki analizlər mikroplastiklərin siçanların beyinlərindəki qan damarlarını tıxanaraq nevroloji zədələrə səbəb olduğunu, lakin insan kapilyarlarının daha böyük olduğunu müəyyən etmişdi.

    Tədqiqatçılar, həmçinin 1997-2013-cü illər arasında ABŞ-ın Şərq Sahilində ölən insanların beyin toxumalarını təhlil edərək, bu çirklənmənin 1997-ci ildən 2024-cü ilə qədər davamlı artım göstərdiyini ortaya qoydular.

    Ən çox tapılan plastik növü plastik torbalarda və qida qablaşdırmalarında istifadə edilən polietilen olub və ümumi plastik hissəciklərin 75 faizini təşkil edib.

    #Bunu bilirsinizmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Abraham Linkoln “Azadlıq Bəyannaməsi”ni imzaladı

    Tarixdə bu gün – 1 yanvar

    2026-da Türkiyə–İsrail gərginliyi: Suriyada dolaylı qarşıdurma dərinləşirmi?

    ABŞ-ın qlobal cinayət dosyesi: Soyqırımlardan işğallara

    Fatih Sultan Mehmed zəhərlənmişdimi? Tarixi iddialar və faktlar

    Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

    Türkiyədə 10 ədəd elektrikli avtobus alınacaq

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    Türkiyə limanları ilə 12 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

    Bizans–Osmanlı toqquşması: 1302-ci ilin həlledici döyüşü necə baş verdi?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.